AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib

AccessBank-ın tərəfdaşlığı ilə ®Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World" Təhsil və İnkişaf platformasının təşkilatçılığı ilə həyata keçirilib.
"ÖyrədənSƏN" devizi ilə baş tutan forumun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına dəstək olmaq, müasir və innovativ yanaşmaları təşviq etmək və regionda təhsil mühitinin formalaşmasına töhfə verməkdir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Qarabağ Universitetinin nümayəndəsi və digər qonaqlar çıxış ediblər.  Çıxışlarda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, müəllim əməyinin rolu və qiymətləndirilməsi, regionun sosial-iqtisadi inkişafını dəstəkləyən güzəşt və azadolmalar, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Forum təhsil sahəsində çalışan peşəkarların təcrübə mübadiləsi aparması, yeni yanaşmaları müzakirə etməsi və Qarabağda təhsilin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparması üçün platforma yaradıb.
Təhsilin inkişafını və insan kapitalına sərmayəni uzunmüddətli inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirən AccessBank müxtəlif layihə və təşəbbüslər vasitəsilə bu sahəyə dəstəyini davam etdirir. Bankın "VətəndəSƏN" II Qarabağ Təhsil Forumuna tərəfdaşlığı da Qarabağda təhsil mühitinin inkişafına, müəllimlərin təcrübə mübadiləsinə və regionun insan kapitalının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
 Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz. 
 *AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank-ın tərəfdaşlığı ilə / banker.az

Banklar     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bə

Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limit

Rusiya fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan (20 min manat) artıq nağd Rusiya valyutası aparmasına məhdudiyyət tətbiq edib. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələri, Tacikistanı və Özbəkistanı da əhat

Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi

"AFB BANK" ASC İnformasiya texnologiyaları infrastrukturunun yenilənməsi və genişləndirilməsi məqsədilə Server, Storage, SAN Switch avadanlıqlarının və VMware virtualizasiya həllərinin satınalınması üzrə tenderd

"Bank Respublika"nın nizamnamə kapitalı artırılır - 320 MİLYON MANATA ÇATACAQ

"Bank Respublika"ASC-nin nizamnamə kapitalının daha 39 546 542 manat və yaxud 19,7 % artırılaraq 200 751 530 manatdan 240 298 072 manata çatdırılması planlaşdırılır. Məlumata görə, kapital artımı Bankın dövriyyəd

Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb

2026-cı ilin avqust ayının sonunda sənaye və istehsal sektoruna verilmiş kreditlərin ümumi həcmi 1 milyard 691,7 milyon manat olub. Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu göstərici iyulda 1 milyard 651,6 milyo

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində

Azərbaycanda daşınar əmlak üzrə reyestrə müraciətlər artır

Azərbaycanda daşınar əmlak üzərində yüklülüklərlə bağlı dövlət reyestrinə daxil edilən bildirişlərin sayı 2026-cı ilin ilk 8 ayında 158 485-ə çatıb. Ötən ilin eyni dövründə bu göstərici 115 839 idi. Beləliklə, bildirişləri

Tikinti şirkətləri bankların "sevimlisinə" çevrilib

Azərbaycanda bankların tikinti və inşaat sektoruna kredit qoyuluşları 2026-cı ilin ilk 8 ayında kəskin artıb. Avqustun sonunda bu sektor üzrə kredit portfeli 2 milyard 122,7 milyon manata çatıb. 2025-ci ilin sonunda göstəric

"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək

"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır. xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3


iqtisadi xeberler kicik biznes rubl mezenne iqtisadiyyat xeberleri biznes qurmaq