Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb
®Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacın uşağın adına əkildiyini təsdiqləyən xüsusi sertifikat təqdim olunur.
Layihə haqqında fikirlərini bölüşən Kapital Bank-ın Əməliyyatlar ofisinin lideri Məhəmməd İbrahimov qeyd edib: "Bu layihəni bizim üçün xüsusi edən odur ki, hər yeni doğulan uşağın dünyaya gəlişi bir ağacın əkilməsi ilə yaşıl bir izə çevrilir. Uşaq böyüdükcə bu təşəbbüsün yaratdığı xatirə də onunla birlikdə böyüyür. İstəyirik ki, illər sonra həmin uşaq onun adına əkilən ağacı gördükdə, dünyaya gəlişinin cəmiyyət üçün dəyərli bir hadisə olduğunu hiss etsin. Beləliklə o, həyatının ilk günündən başlayan bu xatirəni illər sonra da yaşada bilsin".
"Adı ilə böyüsün" layihəsi sentyabr ayından etibarən həyata keçirilir və layihə çərçivəsində ağacların əkildiyini təsdiqləyən sertifikatlar Birbank müştərilərinə həftəlik əsasda SMS vasitəsilə göndərilir. Valideynlər sertifikatın həqiqiliyini yasilgelecek.az saytı üzərindən yoxlaya bilərlər.
Təşəbbüs körpələrin dünyaya gəlişini gözəl xatirəyə çevirməklə yanaşı, yaşıllığın artırılmasına və ətraf mühitə qayğı mədəniyyətinin təşviqinə də diqqət çəkir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC və "Kapital Bank"-ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklararası iri ödənişlərin sayında və həcmində ciddi aylıq geriləmə baş verib
Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb
"Bitcoin" 86 min dolları ötüb - SON QİYMƏT
Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb
Xalq Bankdan yeni XalqKart Taksit kartları
Yelo Bank hər ay komissiyasız investisiya həftəsi keçirəcək
"Bank Respublika"nın səhm qiymətləri artırılır
Kartlar ilə verilən kreditlər azalır
ABB-də daha bir baş direktor təyinatı
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın ən bahalı restoranları
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Digital Card nədir?