Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ-da statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə Yapon yeni və Kanada dolları qarşısında bahalaşıb. Belə ki, USD/JPY valyuta cütlüyü 147.400 səviyyəsindən 148.640 səviyyəsinə qədər yüksəlib. USD/CAD cütlüyü isə 1.43650 həddindən 1.44500 həddinə qədər artım göstərib. Qızıl da ötən gün bahalaşıb. Qiymətli metal 2994$-a qədər dəyər qazanıb və yeni tarixi rekord həddi müəyyən edib.  
Ötən gün ABŞ prezidenti Donald Tramp Avropanın Amerika viskisinə tətbiq etdiyi 50%-lik rüsumlara cavab olaraq Avropa İttifaqından alkoqol məhsullarına 200% rüsum tətbiq edəcəyinə söz verib. Bunun fonunda Avropanın spirtli içki istehsalçılarının səhmləri ucuzlaşıb.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ-ın Əmək Nazirliyinin cümə axşamı günü dərc etdiyi məlumatlara əsasən, fevral ayında ölkədə İstehsal Qiymətləri İndeksində (PPI) artım illik ifadədə 3.2% təşkil edib. Analitiklər göstəricinin 3.3% səviyyəsində dərc olunacağını proqnoz etmişdilər. Aylıq ifadədə istehsal qiymətləri fevral ayında dəyişməyib. Ərzaq və enerji xərclərini istisna edən İstehsal Qiymətlərinin Baza İndeksi (Core PPI) fevralda illik ifadədə 3.4% artıb. Aylıq ifadədə göstərici 0.1% azalıb. 
Həmçinin, ABŞ-da ötən həftə üzrə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 2 min azalaraq 220 minə qədər enib. Analitiklər işsizlik müavinəti üçün müraciət edənlərin sayının 225 minə qədər yüksələcəyini ehtimal etmişdilər. Ölkədə son dörd həftə ərzində müraciətlərin ortalama sayı 224.5 mindən 226 minə qədər artıb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi isə yanvar ayında illik ifadədə dəyişməyib. Bu, 2024-cü ilin dekabr ayından bəri ən yaxşı nəticə olub.
Bugün investorların marağına səbəb olacaq əsas xəbərlərdən Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksini və Böyük Britaniyada dərc olunacaq ÜDM göstəricilərini qeyd etmək olar. Eləcə də, Birləşmiş Krallıqda dərc olunacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi bazar iştirakçıları tərəfindən diqqətlə izləniləcək.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 14 mart 2025

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler en son xeberler bitkoin almaq investisiya 1000 manatla biznes