Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün, 2 aprel 2025-ci il tarixində, ABŞ Prezidenti Donald Tramp "Azadlıq Günü" (Liberation Day) adlandırdığı tədbirdə yeni gömrük tariflərini elan etdi. Bu tariflərə əsasən, bütün idxal mallarına 10% əsas tarif tətbiq ediləcək. Amerika hökümətinin xüsusi riskli hesab etdiyi bəzi ölkələr üçün daha yüksək tariflər nəzərdə tutulub:
Çin və Tayvan: 34%
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Avropa İttifaqı: 20%
Yaponiya: 24%
Hindistan: 26%
Bütün avtomobil idxalları: 25%
Bu tədbirlər ABŞ-ın ticarət kəsirini azaltmaq və daxili istehsalı təşviq etmək məqsədi daşıyır.
Trampın açıqlamaları fonunda Dolları indeksi 0.7% geriləyib. Dollar avro qarşısında 0.5%, funt sterlinq qarşısında isə 0.6% zəifləyib. Yaponiya yenası və isveçrə frankı da dollar qarşısında kəskin bahalaşdı. Lakin, ABŞ dolları Kanada dollarına qarşı 0.2% yüksəlib.
EUR/USD məzənnəsi 1.09500, GBPUSD məzənnəsi 1.31000 səviyyəsinə yüksəlib. USDJPY və USDCHF cütlükləri isə müvafiq olaraq 147.000 və 0.87000 hədlərinə kimi ucuzlaşıb.
Dünya ticarətində artan gərginliklər fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi nəticəsində qızılın qiyməti 3.160$-a kimi yüksələrək tarixi maksimumunu növbəti dəfə yenilədi. Hazırda 3128$-dan təklif olunan qiymətli metalın qiyməti 3100$ həddinin üzərində qalmağı bacarsa, atrım tendensiyası 3170$-a kimi davam edə bilər.
Bugün Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə açıqlanacaq Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri birjalarda qiymətlər yön verə biləcək əsas xəbərlər hesab edilir.
Məlumat İnvestAZ-İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?