Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞABŞ prezidenti Donald Trampın 2 aprel tarixində "Azadlıq Günü"-nü elan edərək 180-dən çox ölkədən idxal olunan məhsullara "qarşılıqlı" tariflər tətbiq etməsi fonunda major valyutalar qarşısında ucuzlaşan dollar, ötən həftənin son ticarət günü Amerikada əmək bazarı, xüsusilə də "NFP" hesabatının proqnozların üzərində açıqlanmasından sonra bir qədər bahalaşdı. 
ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən, ölkənin Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) noyabr ayında 228 min artaraq bazar proqnozlarını üstələyib və son üç ayın ən yüksək göstəricisinə çatıb. Ekpertlər isə artımın 137 min təşkil edəcəyini proqnozlaşdırmışdılar.
Həmçinin, ölkədə İşsizlik Səviyyəsi fevral ayı ilə müqayisədə mart ayında 4.1%-dən 4.2%-ə qədər yüksələrək 2024-cü ilin noyabr ayından bəri ən yüksək həddə qalxıb. Analitiklər isə göstəricinin 4.1% səviyyəsində qalacağını ehtimal edirdilər.
Özəl sektorda Orta Saatlıq Əmək Haqqı fevral ayı ilə müqayisədə mart ayında 0.3% artaraq 36$ təşkil edib. İllik ifadədə göstərici 3.8% yüksəlib. Ekspertlərinin proqnozu müvafiq olaraq 0.3%-lik və 3.9%-lik artımın olacağını nəzərdə tuturdu. 
Nəticədə, 1.11450 hədlərini test edən EUR/USD məzənnəsi 1.09420 hədlərinə kimi gerilədi. GBP/USD məzənnəsi isə 1.32060 səviyyəsi yoxladıqdan sonra, 1.28770 səviyyəsinədək ucuzlaşdı. 
Major valyutaların bahalaşması, bu valyutaların daha az əməliyyat xərcləri ilə gəlir əldə etmək istəyən investorların əsas yatırım alətinə çevrilmələrinə səbəb oldu. Nəticədə, qızıla tələbin azalması səbəbilə qiymətli metal 3167.60$-lıq tarixi maksimumlarından kəskin geri çəkilmə yaşadı və 2970.50$-a kimi ucuzlaşdı. 
Cari həftə ərzində isə Amerikada, Almaniyada  dərc olunacaq İsteklak Qiymətləri İndeksi (CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ), eləcə də  İngiltərədə yayımlanacaq Ümumdaxili Məhsulun Həcminə dair göstəricilər dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
Bu həftə eləcə də, Yeni Zellandiya Ehtiyyatlar Bankının faiz qərarı və Federal Ehtiyyatlar Sisteminin son toplantısının dərc olunacaq protokolları investorların diqqət mərkəzində saxlayacaqları əsas xəbərlər arasında yer alırlar.
EUR
İnvestorların Amerikanın xarici ticarət siyasətində yaşanan dəyişikliklər, ABŞ prezidenti Donald Trampın avropa mallarına tətbiq etdiyi son gömrük tariflərinin gələcək təsirlərini qiymətləndirmələri səbəbilə dolların dünya birjalarında kəskin ucuzlaşması fonunda EURUSD məzənnəsi bahalaşaraq 1.11450 hədlərinə yüksəldi. Lakin, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı hesabatından sonra 1.09420 hədlərinə kimi geriləyən məzənnə həftəni 1.09630 səviyyəsində tamamladı.
Hazırda 1.09500 səviyyəsində ticarət olunan EURUSD məzənnəsində "buğalar".qiyməti 1.10$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə 1.32$ həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, "ayılar"ın müqaviməti ilə üzləşərək həftənin son ticarət günü 1.28770 hədlərinə kimi ucuzlaşdı. Hazırda 1.28900 səviyyəsində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.30$ həddinin üzərinə qaytara və qiyməti burada saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası davam edə bilər.
Bu həftə İngiltərədə açıqlanacaq ÜDM hesabatı funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Artan qlobal iqtisadi və geosiyasi risklər, gərginləşən ticarət savaşları, Amerika iqtisadiyyatında güclənən resessiya qorxuları fonunda ötən həftə sürətlə bahalaşıb 3167.60$ həddini test edən qızıl, investorların kar satışları və əməliyyatlarını bahalaşan major valyutalara daşıması fonunda 2970.50$-a kimi ucuzlaşdı. Hazırda, 3018$-dan ticarət olunan qiymətli metalda artım tendensiyasının davam etməsi üçün "buğalar"ın qiyməti 3000$ həddinin üzərində qoruyub saxlamaları mütləq şərtdir. Analitik şirkətlərin ehtimallarına əsasən, mövcud iqtisadi və geosiyasi şərait davam edərsə, "sarı metal" 3500$ - 3700$-a kimi bahalaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 07 aprel 2025

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler en son xeberler bitkoin almaq investisiya 1000 manatla biznes