Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətDünən ABŞ-da Şəxsi Xərclər İndeksinin və işsizliklə bağlı məlumatların dərc olunmasından sonra dövlət istiqrazlarının gəlirləri bir qədər yüksəldi və "Wall Street"-in əsas fond indekslərinin fyuçerslərinin artımı bir qədər yavaşladı. Bunların fonunda dollar cümə axşamı günü öz mövqelərini qismən möhkəmləndirib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 103.1 səviyyəsindən 103.65-a səviyyəsinə qədər yüksələrək, öncəki sessiyanın bağlanış səviyyəsi ilə müqayisədə 0.53% artıb.
ABŞ Ticarət Departamentinin dünən verdiyi məlumata əsasən, oktyabr ayında ölkədə şəxsi xərclər və gəlirlər aylıq ifadədə 0.2% artıb. Eyni zamanda, Əmək Departamenti 25 noyabr tarixində bitən həftə üçün ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayının 218 minə yüksəldiyini bildirib.
Cümə axşamı günü "OPEC+" toplantısında qəbul edilən qərarlara baxmayaraq dünya birjalarında neft qiymətlərində kəskin eniş başlayıb və 3%-dən çox ucuzlaşma müşahidə olunub. "Brent" markalı neftin fevral fyuçerslərinin bir barrelə görə qiyməti 3.17% ucuzlaşaraq 80.21$, "WTI" markalı neftin yanvar fyuçerslərinin bir barrelə görə qiyməti isə 3.31% ucuzlaşaraq 75.28$ təşkil edib. 
Bugün ABŞ-da və Almaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi göstəriciləri və İsveçrədə açıqlanacaq ÜDM göstəriciləri investorların diqqət mərkəzində olacaq xəbərlərdir. Həmçinin ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışı birjalarda qiymətlərin formalaşmasında öz töhvəsini verə bilər.
Məlumat "İnvest-AZ" İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 01 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler bitkoin qiymeti telefonla pul qazanmaq bitkoin almaq dollarin kursu bu gun