Qlobal birjalarda son vəziyyət

Qlobal birjalarda son vəziyyətÖtən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB) və İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı və monetar siyasətlərinin gələcəyinə dair verdikləri açıqlamalar sonrası dolların major valyutalar qarşısında ucuzlaşdığının şahidi oluruq.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.80 bəndə qədər gerilədikdən sonra, həftənin son ticarət günündə Amerikada proqnozların üzərində, İngiltərə və Avrozonada isə ehtimal olunandan daha zəif açıqlanan Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərindən sonra bir qədər yüksəlməyi bacardı.  Və DXY həftəlik şamını 102.60 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər. Qeyd edək ki, cari həftə ərzində ABŞ-da açıqlanacaq bir sıra önəmli iqtsadi göstəricilər dolların gələcəyinə dair bir çox suallara aydınlıq gətirə bilər. Belə ki, bu  həftənin cümə axşamı günü və cümə günü Amerikada dərc olunacaq ÜDM-in həcmi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Şəxsi Xərclər İndeksi, mənzil bazarında satışlarla bağlı bir sıra önəmli göstəricilər birjalara yön verə bilər. 
İnvestorlar, cümə günü FED-in üstünlük verdiyi əsas inflyasiya göstəricilərindən olan Şəxsi İstehlak Xərcləri İndeksinin (PCE) açıqlanması ilə bu ilki inflyasiya ilə bağlı ən son yeniləməni alacaqlar.
İqtisadçılar, PCE qiymət indeksinin noyabr ayında ardıcıl ikinci ayda da sabit qalacağını ehtimal edirlər. Lakin Şəxsi İstehlak Xərclərinin Baza İndeksinin isə 0.2% artdığı düşünülür.
Bundan əlavə, "Conference Board" İstehlakçı İnamı İndeksi, İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı və Uzunmüddətli İsti fadə üçün Nəzərdə Tutulmuş Malların Sifarişləri ilə bağlı məlumatlar açıqlanacaq və mənzil bazarında satışlarla bağlı yeniləmələrlə yeni və mövcud ev satışları haqqında hesabatlar yayımlanacaq.
Yaponiya Mərkəzi Bankının (BoJ) qarşıdakı aylarda mənfi faiz dərəcələrinə son verə biləcəyi ilə bağlı ehtimallar artır. Bu, investorların FED və digər böyük Mərkəzi bankların faiz dərəcələrini nə vaxt aşağı salmağa başlayacağını gözlədiyi bir vaxtda yenidən BoJ-ni ümumi tendensiyadan kənarda qoyur.
Çərşənbə axşamı BOJ-un iclasında heç bir dəyişiklik gözlənilmir, lakin investorlar bankın yanvar iclasında dəyişiklik edib-etməyəcəyinə dair ipuçları əldə etmək üçün faiz dərəcəsi bəyanatını diqqətdə saxlayacaqlar.
Bu vəziyyət və FED-in "göyərçin" tendensiyası iyul ayından bəri ilk dəfə yenanı bir dollar üçün 141¥-dən yuxarı qaldırdı.
BoJ sədri Kazuo Ueda keçən həftə Mərkəzi bankın ilin sonu və 2024-cü ilin əvvəlində "daha da çətin" vəziyyətlə üzləşdiyini söylədi. Spekulyantların faiz siyasətində dəyişikliyinin qaçınılmaz olacağına dair ehtimalları artırdıqca bu amil,  Yapon yenini daha da gücləndirir.
Ötən həftəyə 146.89¥ həddində start verən USD/JPY məzənnəsi həftə  ərzində 146.58¥ hədlərinə qədər bahalaşdıqdan sonra, burada "ayılar"ın müqavimətilə qarşılaraq kəskin ucuzlaşdı və həftəni 142.16¥ səviyyəsində başa vurdu.  Paritetin həftə ərzində gördüyü minimum səviyyə isə 140.96¥ olub. Təhlillərə əsasən "ayılar" qiyməti 145¥ səviyyəsinin altında saxladıqları müddətcə, cütlükdə eniş tendensiyası davam edə bilər.
İnvestorlar birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerika ilə yanaşı, Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ), Almaniyada İstehsal Qiymətləri İndeksi (PPİ), İngiltərədə həm CPİ, həm də PPİ, eləcə də ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər. 
Bazar iştirakçıları bu həftə həmçinin Yaponiyada və Kanadada İstehlak Qiymətləri İndeksi  kimi önəmli iqtisadi göstəriciləri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarını diqqət mərkəzində saxlayacaqlar. 
EUR
Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında ciddi bahalaşmasına səbəb oldu. 
Bu həftə çərşənbə axşamı Avrozonada İstehlak Qiymətləri İndeksi, çərşənbə günü Almaniyada İstehsal Qiymətləri İndeksi kimi önəmli iqtisadi rəqəmlər diqqətlə izləniləcək.
Təhlillərə əsasən, EUR/USD məzənnəsində "buğalar" qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər. 
GBP
Ötən həftəyə 1.2520 səviyyəsində start verən GBP/USD məzənnəsi həftə ərzində 1.2793 həddini test etdikdən sonra bir qədər gerilədi və həftəlik şamını 1.2670 səviyyəsində tamamladı. Cari həftə ərzində isə, İngiltərədən açıqlanacaq İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəricilər funt-sterlinqin valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər.
NEFT
FED-in mümkün faiz endirimlərinin ABŞ-da tələbi artıracağına dair optimizm və Beynəlxalq Enerji Agentliyinin (IEA) müsbət proqnozu fonunda neft qiymətləri ötən həftənin son ticarət günündə yüksələrək son iki ay ərzində ilk dəfə həftəlik şamını artımla tamamladı.
"WTI" 0.7% artaraq 71.80$, "Brent" markalı neft isə 0.6% bahalaşaraq 77$ səviyyəsində həftəlik şamlarını bağladılar.
"Qara qızıl" (Brent) hazırda enerji birjalarında 77$-dan təklif olunur. Analitiklərin proqnozlarına əsasən "Buğalar" qiyməti 78$ həddinin üzərinə qaytara və burada möhkəmləndirə bilsələr, neft 80$-a kimi bahalaşa bilər. 75$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir.
78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, "Brent" neft 80$ və 82$-a kimi bahalaşa bilər.
XAU/USD
Dolların zəifləməsi və 2024-cü ildə faiz dərəcəsinin azaldılması ehtimallarının artması ilə qızıl 2020-ci ildən bəri ilk dəfə ili artımla tamamlamaq yolunda inamla addımlayır.
Çünki aşağı faiz dərəcələri külçə qızıl saxlamağın cazibəsini artırır.
ABŞ-ın 10 illik istiqraz gəlirləri 2022-ci ilin əvvəlindən davamlı olaraq artsa da, onlar yalnız iyun ayında müsbətə çevrilərək qızılı rekord səviyyələrdən geri çəkdi. İstiqraz gəlirlərinin səkkiz ilin ən yüksək səviyyəsinə çatması belə, qızılın 2000$-dan yuxarı qalxmasına mane olmadı. Bununla belə, qiymət 1980-ci ildə görünən 2500$-dan (bütün zamanların ən yüksək göstəricisi) hələ də 20% uzaqdır.
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənlik artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 18 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq