"Rabitəbank" 13 milyon manatdan çox xalis mənfəət açıqladı
"Rabitəbank" 2023-ci ilin 4-cü rübünü 13 milyon 61 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 11 milyon 181 min manat təşkil edib ki, bu da illik müqayisədə 17% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
31 dekabr 2023-cü il tarixinə "Rabitəbank"ın gəlirləri 142 milyon 715 min manat (əvvəlki ilə nisbətən 22% çox), xərcləri isə 118 milyon 453 min manat olub.
AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOXDUR
Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 1 milyard 138 milyon manat olub. Ötən ilin sonunda "Rabitəbank"ın aktivləri 954 milyon 990 min manat təşkil edib. Bunun da 721 milyon 159 min manatı müştərilərə verilmiş kreditlərdir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası