Rabitəbank 31-ci filialini açdi

Rabitəbank 31-ci filialini açdi®Rabitəbank müştərilərinə daha əlçatan olmaq və paytaxt üzrə bank xidmətlərinə olan tələbatı daha operativ şəkildə qarşılamaq məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə növbəti addımını ataraq Bakı şəhəri, Nizami rayonu Babək prospekti 38A ünvanında yeni filialını istifadəyə verib.
Yeni filial sahibkarlar və fərdi müştərilər üçün universal xidmət mərkəzi kimi fəaliyyət göstərəcək. Filialda müştərilərə kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal bankçılıq həlləri də daxil olmaqla bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.
Filialın istifadəyə verilməsi ilə Rabitəbank paytaxtın sürətlə inkişaf edən ərazilərindən birində müştərilərin gündəlik maliyyə ehtiyaclarına daha çevik və rahat şəkildə cavab verməyi hədəfləyir. Müasir dizayna malik xidmət sahəsi, rahat gözləmə zonası və təkmilləşdirilmiş əməliyyat prosedurları müştəri təcrübəsinin daha da artırılmasına xidmət edir.
Açılış mərasimində Rabitəbankın və Nizami rayon İcra Hakimiyyətinin rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasının əsas istiqamətlərinə toxunaraq bildirib: "Rabitəbank olaraq xidmət şəbəkəmizi genişləndirməkdə əsas məqsədimiz müştərilərimizə daha rahat və çevik bank xidmətləri təqdim etməkdir. Bu gün bankımız yalnız klassik xidmətlərlə kifayətlənmir, innovasiya və rəqəmsal həllər bizim əsas inkişaf xəttimizdir. Nizami rayonundakı yeni filialımız müasir standartlara uyğun infrastrukturu və rəqəmsal inteqrasiyası ilə müştəri təcrübəsini yeni səviyyəyə qaldıracaq. Hədəfimiz bankçılığı hər kəs üçün daha əlçatan və daha rahat etməkdir."
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev isə çıxışı zamanı bildirib ki; "32 illik tarixə malik Rabitəbankın Nizami rayonunda filial açması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Rayonda iqtisadi fəaliyyətin canlanması, sahibkarlığın inkişafı və əhali üçün əlçatan maliyyə xidmətlərinin genişlənməsi baxımından bu addımı son dərəcə vacib hesab edirik.
İnanırıq ki, bu filial həm sahibkarlar, həm də sakinlər üçün yeni imkanlar açacaq, rayonumuzun biznes mühitinin daha da inkişafına dəstək olacaq. Rabitəbank kollektivini bu uğurlu addım münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram."
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank 31-ci filialini açdiRabitəbank 31-ci filialini açdiRabitəbank 31-ci filialini açdiRabitəbank 31-ci filialini açdiRabitəbank 31-ci filialini açdi/ banker.az

Banklar     Tarix: 25 noyabr 2025

Oxşar xəbərlər

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu