"Rabitəbank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib

"Rabitəbank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib.
Marja.az-ın məlumatına görə, Bankın 31 dekabr 2025-ci il və 30 iyun 2026-cı il tarixlərinə açıqladığı səhmdar siyahılarının müqayisəsi göstərir ki, "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") artıq "Rabitəbank"ın səhmdarları sırasında yer almır. Eyni zamanda, "Aztelekom" MMC-nin bankdakı səhmlərinin sayı 2 dəfədən çox artıb.
31 dekabr 2025-ci il tarixinə "Baktelecom" "Rabitəbank"ın 2 305 səhminə sahib olub. Bu, bankın nizamnamə kapitalında 0,0462% xüsusi çəkiyə bərabər idi.
Həmin tarixdə "Aztelekom" MMC-nin "Rabitəbank"da 2 200 səhmi və ya 0,0441% payı olub.
30 iyun 2026-cı il tarixinə olan məlumatda isə "Baktelecom" ayrıca səhmdar kimi göstərilmir. "Aztelekom"un sahib olduğu səhmlərin sayı 4 505-ə, nizamnamə kapitalındakı payı isə 0,0902%-ə yüksəlib.
Beləliklə, "Aztelekom"un "Rabitəbank"dakı səhmlərinin sayı 2 305 ədəd və ya təxminən 104,8% artıb.
Artımın məhz 2025-ci ilin sonunda "Baktelecom"a məxsus olan 2 305 səhmə bərabər olması diqqət çəkir. Bu dəyişiklik "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") "Aztelekom" MMC-yə birləşdirilməsi ilə əlaqədardır.
Nəticədə, 2025-ci ilin sonunda "Baktelecom" və "Aztelekom"un birlikdə sahib olduğu 4 505 "Rabitəbank" səhmi 30 iyun 2026-cı il tarixinə tam şəkildə "Aztelekom" MMC-nin adına göstərilib.
Bankın digər əsas səhmdarlarının paylarında dəyişiklik olmayıb.
30 iyun 2026-cı il tarixinə "Rabitəbank" ASC-nin səhmdar strukturu belədir:
- Əliyev Rauf Zeynal oğlu – 38,60% və ya 1 927 148 səhm
- Abasova Validə Maarif qızı – 34,64% və ya 1 729 438 səhm
- Nuriyev Zakir Əlibala oğlu – 11,4835% və ya 573 325 səhm
- Nuriyeva Dilarə Nəsrəddin qızı – 9,1099% və ya 454 820 səhm
- Xasiyev Aslan Tarqulu oğlu – 6,0272% və ya 300 915 səhm- "Aztelekom" MMC – 0,0902% və ya 4 505 səhm
- "Bakcell" MMC – 0,0240% və ya 1 200 səhm
- Dövlət Radiotezlikləri İdarəsi – 0,0120% və ya 600 səhm
- "Teleradio" İB – 0,0080% və ya 400 səhm
- "Bakı Teleqrafı" ASC – 0,0040% və ya 200 səhm
- "Azerbaijan International Telecom (AzInTelecom)" MMC – 0,0012% və ya 60 səhm
Hər iki hesabat tarixində "Rabitəbank"ın səhmlərinin ümumi sayı 4 992 611 ədəd təşkil edib. Buna görə də dəyişiklik yeni səhmlərin buraxılması ilə deyil, mövcud səhmlərin səhmdarlar arasında struktur dəyişikliyi ilə bağlı olub.

Banklar     Tarix: 29 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler valyuta xeberleri kripto depozit faizleri dollar manat kursu