Rabitəbank ilə POS terminal sifarişi artıq məsafədən
(®) Rabitəbank müştərilərinin rahatlığı üçün POS terminal, Elektron ticarət, Smart Kassa və Mobil POS xidmətlərinin məsafədən sifarişlərini təqdim edir.
Belə ki, nağdsız ödənişlərin inkişaf etdiyi dövrdə müasir və təhlükəsiz alış-veriş imkanlarından yararlanmaq istəyən müştərilər POS terminal xidmətlərinin sifarişini və rəsmiləşdirilməsini artıq banka gəlmədən rahat və sürətli şəkildə istənilən yerdən İnternet Bankçılıq (İB) ilə edə bilərlər. Müştərilər yalnız terminalın təhvil alınmasında fiziki olaraq iştirak edəcəklər.
Bundan başqa, Rabitəbank məsafədən POS terminal, Elektron ticarət, Smart Kassa və Mobil POS xidmətlərini sifariş edən biznes müştəriləri üçün xüsusi kampaniya elan edib. Kampaniya müddətində məsafədən Mobil POS sifarişi edən biznes müştərilərinə Kartmane Biznes debit kartı hədiyyə verilir, həmçinin məsafədən POS terminal sifariş edən biznes müştəriləri üçün ilk 6 ay xidmət haqqı olmayacaq və depozit məbləğinə 50% endirim ediləcək.
Xidmət haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar:
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?