Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®

Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®Son dövrlərdə mənzil maliyyələşdirilməsinə tələbatın davam etməsi Rabitəbankın ipoteka kredit portfelinin dinamikasında da əksini tapıb. Bankın bu istiqamət üzrə ümumi kredit portfeli 200  milyon manatı ötüb.
Bankın yaydığı press-relizdə bildirilir ki, mövcud portfel müxtəlif ipoteka maliyyələşdirilməsi istiqamətlərini əhatə edir. Portfelin 138  milyon manatı adi ipoteka kreditinin, 38 milyon manatı güzəştli ipoteka kreditinin, 13,5 milyon manatı isə güzəştli MİDA ipoteka kreditinin payına düşür. Bundan əlavə, 108 kredit üzrə 9,5 milyon manatlıq maliyyələşdirmə Naxçıvan İpoteka Fondunun xətti üzrə formalaşıb.
Rabitəbank ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və qiymətləndirilməsi, müvafiq sənədləşmə prosesinin təşkili və kreditlərin rəsmiləşdirilməsi üzrə xidmətlərini davam etdirir. 2026-cı ilin ilk üç rübü ərzində Rabitəbank tərəfindən 281 ipoteka krediti üzrə ümumilikdə 29 milyon manatdan çox vəsait ayrılıb. Bu göstəricilər hesabat dövründə Bankın mənzil maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi kreditləşmənin həcmini əks etdirir.
Bildirilib ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Banklar     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzalana

Dövlət Xidməti illik 20 min manatlıq elektron pul köçürmələri ilə bağlı qaydanı dəyişəcək

Maliyyə Monitorinqi Xidməti (MMX) "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"n

Kartlar ilə verilən kreditlər azalır

Ev təsərrüfatlarına (əhaliyə) ödəniş kartları vasitəsilə verilmiş kreditlərin həcmi 31 avqust 2026-cı il tarixində 1 milyard 242,8 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-c

ABB-də daha bir baş direktor təyinatı

ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib. xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisas

ABB "Davr Bank"ın rəhbərliyini yenidən formalaşdıracaq

Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.   xəbər verir ki, yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahid

"Bank Respublika"nın səhm qiymətləri artırılır

"Bank Respublika" ASC nizamnamə kapitalını təxminən 39,55 mln manat və ya 19,7% artıraraq 240,30 mln manata çatdıracaq. xəbər verir ki, qərar bankın səhmdarlarının 24 sentyabr 2026-cı ildə keçirilmiş növbəti ümum

Banklarda fərdi sahibkarların sayı 1.15 milyona çatır

Azərbaycanda fərdi sahibkarların bank sistemində sayı və bank hesabları artsa da, onların banklarda saxladığı vəsaitlərin həcmi azalır. 2026-cı ilin avqustunun sonunda bank sistemində 1 milyon 146,7 min fərdi sahibkar müştər

Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır

Oktyabrın 9-da, saat 18:00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığınca

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür. Məsələn


iqtisadi xeberler kripto valyuta kurslari bu gunun xeberleri avtomobil xeberleri