Rabitəbank şəhid ailələrinə dəstəyini davam etdirir
"Rabitəbank" ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələrinə dəstəyini davam etdirir. Belə ki, bank 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, Şamaxı, Kürdəmir və Ağsu rayonlarında məskunlaşmış 100 şəhid ailəsinə ərzaq yardımı göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və mərkəzi regional icra hakimiyyətləri orqanlarının dəstəyi ilə baş tutmuş yardım kampaniyasında bankın əməkdaşları da iştirak ediblər və şəhid ailələri ilə görüşərək söhbət ediblər.
Qeyd edək ki, korporativ sosial layihələr çərçivəsində bir çox xeyriyyə tədbirləri həyata keçirən Rabitəbank öz ənənəsinə sadiq qalaraq, bundan sonra da bu cür təşəbbüskar addımlar atmağa davam edəcək.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.









/ banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?