Rabitəbank Tovuzda yeni filialını açdı

Rabitəbank Tovuzda yeni filialını açdı®"Rahat bankçılıq" şüarına sadiq qalan Rabitəbank, müştəri məmnuniyyətini ön planda saxlayaraq ölkə üzrə filial şəbəkəsini genişləndirməyə davam edir. Bankın bu istiqamətdə növbəti addımı Tovuz şəhərində yeni filialın açılması olub.
Bankın ölkə üzrə sayca 28-ci filialı olan Tovuz filialının açılış mərasimi keçirilib. Yeni filial Tovuz şəhəri, Sabir küçəsi 40 ünvanında yerləşir və müasir dizayn konsepsiyası əsasında tam təmir edilərək istifadəyə verilib.
Bank bu təşəbbüslə regionlarda yaşayan müştərilər üçün bank xidmətlərini daha da əlçatan etməyi və onların gündəlik maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyib. Filialda əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur.
Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki: "Rabitəbank olaraq məqsədimiz müasir texnologiyalar və yüksək keyfiyyətli xidmət prinsipləri əsasında, Azərbaycanın bölgələrində də rahat və əlçatan bankçılığı təmin etməkdir. Bununla yanaşı, bölgələrdə sahibkarlığın və kənd təsərrüfatı sahəsinin maliyyə cəhətdən dəstəklənməsi bankımız üçün strateji əhəmiyyət daşıyır."
Tovuz Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Zeynalov öz çıxışında bildirib ki: "Rabitəbankın Tovuzda yeni filialının açılması rayonumuzun sosial-iqtisadi inkişafına verilən dəyərli töhfədir. Bu addım həm rayon sakinlərinin bank xidmətlərinə daha rahat çıxışını təmin edəcək, həm də regionda məşğulluğun artmasına və iqtisadi fəallığa dəstək olacaq. Bank kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram."
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Rabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdıRabitəbank Tovuzda yeni filialını açdı/ banker.az

Banklar     Tarix: 23 iyun 2025

Oxşar xəbərlər

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr


iqtisadi xeberler dollar mezenne pul qazanmaq rubl mezenne bu gunun xeberleri