"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
Fevralın 12-si, saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Rabitəbank"ın 2025-ci maliyyə ili üzrə balans və mənfəət-zərər hesabatlarının, eləcə də Bankın Audit Komitəsinin hesabatının təsdiq edilməsi, səhmdarlara dividend, Müşahidə Şurasının üzvlərinə mükafat ödənilməsi, "Capital Partners İnvestisiya Şirkəti QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, onun Bankın adından qərar verməsi ilə bağlı səlahiyyətli orqanın və yaxud şəxsin təyin edilməsi, investisiya şirkətinin nizamnamə kapitalının artırılması, eləcə də təşkilati və cari məsələlər daxildir.
Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilaə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarıdır. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyada ən çox oxunan 5 kitab
Onlayn biznes ideyaları
Dünyanın ən zəngin idmançıları