Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib

Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib®Rabitəbank regionlarda kiçik və orta Biznesin inkişafına dəstəyini davam etdirir. Rabitəbank və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) dəstəyi ilə Kürdəmirdə kredit yarmarkası keçirilib. 
Kredit yarmarkasında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin, SİF-in İdarə Heyətinin sədri Osman Xaliyev və AKİA-nın sədri Seymur Mövlayev çıxış ediblər və sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasından, qazilərə və şəhid ailələrinə yardımdan, eləcə də dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində sahibkarlığa, regionların sosial-iqtisadi inkişafına və regionlarda fəaliyyət göstərən sahibkarlara dəstəkdən danışıblar. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə qazi və şəhidlərimizin göstərdiyi şücaətdən, onların ailələrinin sosial problemlərinin həlli istiqamətində atılan addımlardan söz açılıb. 
Qeyd edək ki, 300-ə qədər sahibkarın iştirakı ilə keçirilən kredit yarmarkasında Kürdəmir rayonunda olan bank və bank olmayan kredit təşkilatları öz stendləri ilə iştirak ediblər. Biznes mütəxəssisləri yerli fermer və sahibkarlarla görüşdə kredit şərtləri ilə bağlı məlumat verib, bankların məhsullarını təqdim edib və sualları cavablandırıb. 
Kredit yarmarkasının məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək olmaq, sahibkarların və fermerlərin maliyyə savadlılığını artırmaq və güzəştli kreditlərin verilməsi ilə investisiya layihələrinin kreditləşdirilməsi barədə onları məlumatlandırmaqdır. 
Qeyd edək ki, tədbirdə dövlət fondları vasitəsilə 3 sahibkara – Güliyev Şəmsəddin, Fətəliyev Səlahəddin, Kərimov Kamilə verilən kreditlərin imzalanma mərasimi də baş tutub. Bundan başqa, özünüməşğulluq proqramı çərçivəsində Rabitəbank 1 şəhid ailəsi – şəhid Dünyamaliyev İslamın anası Dünyamalıyeva Gülşən və 4 qazi – Şirəliyev Vüsal, Həziyev Pərviz, Ağasıyev Ağagül və Adgözəlov Sahil ilə müqavilə bağlayıb və bizneslərini qurmaları üçün onlara lazımi avadanlıqları təqdim edib. 
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Rabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilibRabitəbankın dəstəyi ilə regionlarda sahibkarlığın inkişafına dəstək məqsədli kredit yarmarkası keçirilib/ banker.az

Banklar     Tarix: 17 noyabr 2023

Oxşar xəbərlər

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

11-12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru "PAŞA Həyat" olub

Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar

Moody"s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody"s-in qiymətləndirməsin

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?. Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il apreli

Adınıza onlayn kreditə qadağa qoyun – Bunun iki yolu var - MÜSAHİBƏ

Mərkəzi Bankın bu il iyunun 25-də təsdiqlədiyi "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na edilən dəyişikliklər

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı


iqtisadi xeberler birbank bitkoin almaq avtomobil xeberleri online pul qazanmaq