Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 34 min 812 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 259 min 701 nəfərə çatmışdır.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 01.01.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 26014 nəfər keçmiş məcburi köçkün geri qayıtmış, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 73 min 514 nəfər təşkil etmişdir.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88 min135 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur.
Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəm olmuşdur. Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 54 min 582 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artmışdır.
Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
Yatırım olmadan necə biznes qurmaq olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Whatsapp biznesin üstünlükləri nələrdir?