"Reuters": Rusiyadakı "McDonald"s"ın yeni sahibi daha bir şirkəti - ALIR
Rusiyanı tərk edən "McDonald"s" restoranlar şəbəkəsinin yeni sahibi Aleksandr Qovor başqa bir Qərb şirkətinin Rusiyadakı aktivləri üçün 151 milyon avro təklif edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qab-qacaq və qablaşdırma istehsalçısı olan "Huhtamaki" şirkətidir.
"Reuters" sənədlərə və sövdələşməyə yaxın mənbəyə istinadən iddia edir ki, Qovor Qərbin sanksiyalarına məruz qalan "Sberbank"dan götürdüyü kreditlə "Huhtamaki"nin Rusiyadakı biznesini satın almağa hazırlaşır. Borc vəsaitlərinin Kiprdə qeydiyyatdan keçmiş "Espentina Limited" şirkətinə Qovorun "Club-Hotel" şirkəti vasitəsilə köçürülməsi planlaşdırılır.
Qovor və Kuşnerov agentliyin sorğusuna cavab verməyiblər. "Huhtamaki" də məlumatı şərh etməyib və "Club Hotel" Finlandiya holdinqi ilə sövdələşməyə və təklif olunan məbləğin 151 milyon avroya artırılmasına hazır olduğunu açıqlayıb.
Potensial sövdələşmə Qovorun xarici şirkətlərin Rusiyanın qida xidmətləri bazarından çıxmasının əsas benefisiarlarından biri kimi statusunu möhkəmləndirəcək, "Reuters" qeyd edir.
"Huhtamaki" aprelin ortalarından etibarən Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib. Rusiya bazarı onun bütün satışlarının təxminən 3%-ni təşkil edir. Şirkətin ölkədə 4 müəssisəsi var və burada 700-ə yaxın işçi çalışır.

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Onlayn biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İKEA şirkətinin tarixi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?