"Risk sahəsi üzrə şəbəkələşmə" tədbiri həyata keçirildi

(®) Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri üçün "Risk sahəsi üzrə şəbəkələşmə" tədbiri həyata keçirildi.
Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi. 
50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq spiker qismində ING Bank Hollandiyanın Validasiya şöbəsinin rəhbəri Özgür Çetiner iştirak etdi. ABŞ, Almaniya, Türkiyə, Kanada kimi ölkələrdə risk modelləri ilə bağlı 20 ildən çox təcrübəyə sahib olan Özgür Çetiner "Maşın öyrənilməsi ("Machine learning") modelərinin pərakəndə kreditləşmə üzrə tətbiqi", eləcə də "Texnoloji yeniliklər və maşın öyrənilməsi modellərindən istifadə etməklə kreditlərin idarə edilməsi" mövzusunda təcrübələrini bölüşdü.  
Seminarın digər eksperti isə Kapital Bank-ın Kredit Riskləri Ekspert Mərkəzinin lideri Nihad Hüseynzadə idi. Bank sekorunda 10 ilə yaxın təcrübəyə sahib olan Nihad Hüseynzadə iştirakçılarla "Yeni texnologiyalardan və kredit risk modellərindən istifadə edilməklə kredit risklərinin idarə edilməsi", "Agile mühitdə kredit risklərinin idarə edilməsi" mövzusunda biliklərini bölüşdü. 
Mütəmadi olaraq "Yeni texnologiyaların tətbiqi", "Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi", "Verilənlər bazasının idarə edilməsi", "Yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi" kimi mövzularda seminar və tədbirlər həyata keçirən Kapital Bank-ın məqsədi bu kimi layihələrlə müasir texnologiyaların tətbiqi və rəqəmsal sahədə çalışan şəxsləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və şəbəkələşməni artırmaqdır. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / marja.az

Banklar     Tarix: 31 yanvar 2024

Oxşar xəbərlər

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca


iqtisadi xeberler pul qazanmaq valyuta kurslari biznes xeberleri birbank