"Rubl daha da bahalaşa bilər"
"İndi Rubl möhkəmlənir və daha da güclənə (bahalaşa - red) bilər".
Marja.az xəbər verir ki, bunu "Moskovski komsomolets" qəzetinə müsahibəsində Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin deyib.
"Lakin ümumilikdə rublun məzənnəsinin cari tarazlıq dəyərlərindən kəskin kənara çıxmasına ümid etmək olmaz", - o əlavə edib.
Rublun 2022-ci ildə möhkəmləndikdən sonra bu il kəskin ucuzlaşmasının nə ilə izah olunduğu sualını cavablandıran Oreşkin, bunu əsasən Rusiyada daxili tələbatın yenidən bərpa olunması, investisiyaların artması, neft və qaz qiymətlərin ötən illə müqayisədə aşağı olması ilə izah edib: "Üçüncü rübün son məlumatlarına nəzər salsanız, pərakəndə ticarət dövriyyəsi real ifadədə 11,3% artıb, investisiyalar isə 12,6 faiz artıb. Aydındır ki, istehlak və investisiya tələbinin bu bərpası idxal olunan məhsullara tələbatın artmasına səbəb olub. Eyni zamanda, bu il neft və qaz qiymətləri 2022-ci ildəkindən aşağı olub. Bu fonda rublun məzənnəsi korrektə olunub".
Oreşkin qeyd edib ki, bunlardan başqa, ixracatçılar tərəfindən xarici borcların bir hissəsinin ödənilməsi, xaricdə Rusiya məhsullarının alıcıları üçün maliyyələşdirmənin artırılması zərurəti, həmçinin xarici şirkətlərin Rusiya bazarını tərk etməsi və onların səhmlərinin rusiyalı investorlar tərəfindən alınması Dolları bahalaşdırıb: "Bütün bunlar birlikdə xarici valyutaya tələbi artırdı və rublun zəifləməsinə səbəb oldu. İndi biz bu müvəqqəti kapital axınının azalmağa başladığını görürük. Tədiyyə balansı sabitləşir və indi rubl güclənməyə meyl göstərir".
Qeyd edək ki, dünən iyunun 30-dan bəri ilk dəfə Dolların qiyməti 88 rubldan, Avronun qiyməti isə 96 rubldan aşağı düşüb.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?