Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limit

Rusiya Azərbaycana nağd rubl çıxarılmasını məhdudlaşdırır – 1 milyonluq limitRusiya fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan (20 min manat) artıq nağd Rusiya valyutası aparmasına məhdudiyyət tətbiq edib. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələri, Tacikistanı və Özbəkistanı da əhatə edir.
Banker.az "Vedomosti"yə istinadən xəbər verir ki, Prezident Vladimir Putin bununla bağlı fərman imzalayıb. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.
Bununla belə, hökumətin müəyyən etdiyi hava limanlarından, vəsaitin onu ölkədən çıxaran şəxsin bank hesabından götürüldüyünü təsdiqləyən bank çıxarışları ilə nağd pul aparılmasına istisna nəzərdə tutulur.
"Vedomosti"nin məlumatına görə, qadağa pozulduqda fiziki şəxslərdən 1 milyon rublu aşan hissə, hüquqi şəxslər və fərdi sahibkarlardan isə məbləğin hamısı götürüləcək.
Əvvəlki, martın 25-də imzalanmış fərmanda fiziki şəxslər üçün hədd 100 min ABŞ dolları ekvivalentində müəyyən edilmiş və məhdudiyyət yalnız Aİİ ölkələrinə nağd rubl aparılmasını əhatə etmişdi.
Qeyd edək ki, Rusiya Azərbaycana fiziki şəxslərin pul köçürmələrində əsas mənbə olaraq qalır. Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana 356,7 milyon dollar köçürülüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4% çoxdur.
Rusiyanın ölkəyə daxil olan ümumi pul baratlarındakı payı 39,9%-dən 47,7%-ə yüksəlib. Əks istiqamətdə — Azərbaycandan Rusiyaya köçürmələr isə 9,9% azalaraq 19,9 milyon dollar təşkil edib.
Ümumilikdə, yanvar–iyun aylarında Azərbaycana xaricdən fiziki şəxslərin pul baratları 40,2% artaraq 748,5 milyon dollara çatıb. Azərbaycandan xaricə köçürmələr isə 12,7% azalaraq 207,9 milyon dollar olub.
Əlavə edək ki, bu statistika pul köçürmələrinə aiddir, yeni məhdudiyyət isə nağd rublun fiziki şəkildə Rusiyadan çıxarılmasını tənzimləyir.

Banklar     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı İranı Milli Bankının ölkədə fəaliyyət göstərən filiallarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Qərara əsasən, "Bank Melli İran"ın filialların

Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün potensialının reallaşdırılması Azərbaycan üçün ÜDM-in 1,84 % səviyyəsində əlavə artımını təmin edə bilər, bu da cari qiymətlərlə təqribən 1,3 milyard AB

Kartlar ilə bağlı yeni məhdudiyyətə aydınlıq gətirildi - AÇIQLAMA

Ödəniş kartı və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı Azərbaycan Banklar Assosiasiyası (ABA) açıqlama yayıb. Marja xəbər verir ki, açıqlamada deyilir:. VTB-də minimal fai

Azərbaycanın bu bankının Londonda filialının açılması müzakirə olunur

ASB Bankın gələcəkdə Londonda filialının açılması imkanları müzakirə olunur. Bunu ASB Bankın Müşahidə Şurasının sədri Tahir Gozəl bildirib. Tahir Gozəl qeyd edib ki, hazırda ASB Bank əsasən korporativ bank kimi fəaliyyə

Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb. 2026-cı ilin Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. 2025-ci ilin avqustunda göstərici 21 milyon 129 min ədə

Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb

Kreditlərin sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 8 ayında azalıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ödənişlərin həcmi 2025-ci ilin yanvar-avqustundakı 47,2 min manatdan 33,6 mi

Təyyarə sığortasında 587 min manatlıq ödəniş

2026-cı ilin ilk 8 ayında hava nəqliyyatı vasitələrinin sığortası üzrə 586,6 min manat sığorta ödənişi həyata keçirilib. Marja xəbər verir ki, Mərkəzi Bankın məlumatlarında 2025-ci ilin eyni dövrü üzrə bu sığorta sinfind

Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub

Azərbaycan-Oman Birgə İnvestisiya Fondu "AzərTürk Bank" ASC-nin 25%-lik payını əldə edəcək. Bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi

Əcnəbilərin Azərbaycan banklarındakı depozitləri ₼1.6 mlrd. çatıb, bunun 45%-i manatdadır

Azərbaycanda qeyri-rezident fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı ilin avqustunda aylıq 100,2 milyon manat və ya 6,7% artaraq 1 milyard 584,7 milyon manata və ya təqribən 932,2 milyon ABŞ dollarına çatıb


iqtisadi xeberler online pul qazanmaq dollar manat kursu bank faizleri bitcoin qiymeti