Rusiya buğdanın ixracına qadağa tətbiq edir
Rusiya hökuməti bərk buğdanın ixracına müvəqqəti qadağa tətbiq edir.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Rusiya ölkədən bərk buğdanın ixracına müvəqqəti məhdudiyyət tətbiq edir. Bu barədə sərəncam imzalanıb. Qərar ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və daxili bazarda bərk buğda məhsullarının qiymətləri ilə bağlı sabit vəziyyəti saxlamağa kömək edəcək", - məlumatda deyilir.
Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.
Eyni zamanda bir sıra istisnalar da nəzərdə tutulur. Bunlara beynəlxalq humanitar yardım və beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində buğdanın ixracı daxildir.
Həmçinin buğdanın Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrə - Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstana ixracına Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında hökumətin qərarı ilə müəyyən edilmiş kvotalar çərçivəsində icazə veriləcəkdir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, istehsalçı ölkələrin böyük əksəriyyətində əlverişsiz aqrometeoroloji şərait səbəbindən cari kənd təsərrüfatı mövsümündə (1 iyul 2023-cü il - 30 iyun 2024-cü il) dünyada bərk buğda məhsulu son 20 ilin minimum səviyyəsinə enəcək.

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?