Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olubRusiya Mərkəzi Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi (0,50 faiz bəndi) azaldaraq illik 16%-dən 15,5%-ə endirib.
Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında bildirilir.
"İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağa davam edir. Yanvarda qiymət artımı birdəfəlik amillərin təsiri altında əhəmiyyətli dərəcədə sürətlənib. Bununla yanaşı, cari qiymət artımının dayanıqlı göstəriciləri, Rusiya Bankının qiymətləndirməsinə görə, ciddi şəkildə dəyişməyib. Birdəfəlik amillərin təsiri tükəndikdən sonra inflyasiya yenidən azalmağa başlayacaq", — Mərkəzi Bankın press- relizində deyilir.
Bu, 6 iyun 2025-ci ildə başlanmış cari yumşaldılma dövründə göstəricinin ardıcıl altıncı dəfə aşağı salınmasıdır. Həmin vaxt Mərkəzi Bank üç ildən sonra ilk dəfə olaraq göstəricini — başlanğıc üçün 100 baza bəndi azaldaraq illik 20%-ə endirmişdi. Daha sonra əsas faiz dərəcəsinin daha dörd mərhələdə azaldılması baş verdi: 25 iyul — 18%-ə, 12 sentyabr — 17%-ə, 24 oktyabr — 16,5%-ə, 19 dekabr — 16%-ə. Ümumilikdə dərəcə o vaxtdan bəri artıq 5,5 faiz bəndi — rekord 21%-dən 15,5%-ə qədər azalıb.
Dərəcənin endirilməsi bazar üçün gözlənilməz olub. Ən böyük bank və investisiya şirkətlərinin analitikləri (30-dan 24-ü)  göstəricinin 16% səviyyəsində saxlanılacağını gözləyirdi. Yalnız altı nəfər hesab edirdi ki, fevralda Mərkəzi Bank dərəcəni 15,5%-ə endirəcək.
2026-cı ilin yanvarının əvvəlində ƏDV-nin 20%-dən 22%-ə qaldırılması fonunda qiymət artımının sürətlənməsi müşahidə olunub, lakin ayın sonuna və fevralın əvvəlinə doğru vəziyyət yaxşılaşıb. 2 fevral 2026-cı il tarixinə illik yığılan inflyasiya İqtisadi İnkişaf Nazirliyinin həftəlik məlumatlarına əsasən 6,45% qiymətləndirilib. 9 fevralda isə inflyasiya illik ifadədə 6,37%-ə qədər zəifləyib. Lakin Mərkəzi Bankın əsas götürdüyü "Rosstat"ın tam aylıq məlumatları direktorlar şurasının iclasınadək hələ mövcud olmayıb, onlar fevralın 13-ü axşam dərc ediləcək.
Relizdə qeyd olunur ki, 2025-ci ilin sonunda bir sıra mallar üzrə, ilk növbədə meyvə-tərəvəz məhsulları üzrə "çox aşağı qiymət artımı tempi" müşahidə olunub və ilin yekununa görə inflyasiya Rusiya Bankının proqnozundan aşağı formalaşıb. Göstərici gözlənilən 6,5-7% əvəzinə 5,6% təşkil edib.
"Lakin 2026-cı ilin əvvəlində bu amillərin qiymət dinamikasına təsiri əks istiqamətdə oldu. ƏDV-nin, aksizlərin artırılması, tənzimlənən qiymət və tariflərin indeksasiyası, meyvə-tərəvəz məhsulları üzrə qiymətlərin korreksiyası yanvarda cari qiymət artımının müvəqqəti, lakin əhəmiyyətli sürətlənməsinə gətirib çıxardı, — MB bildirib və vurğulayıb ki, ümumilikdə noyabrdan yanvara qədər yığılan qiymət artımı tənzimləyicinin gözləntilərinə uyğundur.
Rusiya Mərkəzi Bankının proqnozuna görə, inflyasiya 2026-cı ilin ikinci yarısında 4%-ə qədər azalacaq. Lakin ilin sonuna inflyasiya üzrə gözləntilər 0,5 faiz bəndi artırılaraq 4,5–5,5%-ə qaldırılıb.
Rusiya Bankı bu il üçün əsas faiz dərəcəsinin orta göstəricisinin diapazonunu da 13–15%-dən 13,5–14,5%-ə qədər azaldıb.
Press-relizdə Rusiya Mərkəzi Bankı təkrarlayıb ki, vətəndaşların və müəssisələrin inflyasiya gözləntiləri yüksək səviyyədə qalır və bu, inflyasiyanın dayanıqlı şəkildə zəifləməsinə mane ola bilər.

Maliyyə     Tarix: 14 fevral 2026

Oxşar xəbərlər

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad


iqtisadi xeberler emlak xeberleri avtomobil xeberleri valyuta kurslari bitcoin