Sahibkarlar üçün yeni qayda: Bəzi yoxlamaların aparılması qadağan ediləcək
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən hər hansı yoxlama tədbirlərinin aparılması qadağan ediləcək.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən həmin yoxlama çərçivəsində yerlərə gəlməklə hər hansı yoxlama tədbirlərinin aparılması qadağandır.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, plan üzrə (növbəti) yoxlamanın müddəti iri sahibkarlarda on iş günündən, orta, kiçik və mikro sahibkarlarda beş iş günündən artıq olmamalıdır.
Plandankənar (növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda beş iş günündən, orta, kiçik və mikro sahibkarlarda üç iş günündən artıq olmamalıdır. İri, orta, kiçik və mikro sahibkarların meyarları "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna uyğun olaraq müəyyən edilir.
Yoxlamanın aparılması aşağıdakı hallarda və müddətlərdə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən bir dəfə dayandırılır:
yoxlamanı həyata keçirmək üçün tələb olunan sənədlər yoxlanılan sahibkar tərəfindən bərpa olunduqda – otuz gündən artıq olmayan müddətə;
dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə sənədlərin və məlumatların alınması üçün müraciətlər göndərildikdə – otuz gündən artıq olmayan müddətə (həmin orqanlar və ya şəxslər xarici dövlətlərdə olduqları halda – əlli gündən artıq olmayan müddətə);
məhsulun tədqiqi (sınağı) barədə qərar qəbul olunduqda – bu qanunun 25.1-ci maddəsində nəzərdə tutulan müddətdən artıq olmayan müddətə;
yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin əmək qabiliyyətini müvəqqəti itirməsi, özünün və ya yaxın qohumunun xəstəliyi, yaxud ölümü ilə bağlı və ya digər üzrlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsi mümkün olmadıqda – iyirmi gündən artıq olmayan müddətə.
Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir.
Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir.
Yoxlanılan sahibkar və ya onun səlahiyyətli nümayəndəsi yoxlamanın dayandırılması haqqında qərarla tanış edilməli və bu barədə yoxlama aktında qeydlər aparılmalıdır.

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur
Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Qazaxıstan dollar depozitləri üzrə maksimal faizi qaldırır
Dünya Bankı: Azərbaycan Orta Dəhlizin 3,2 milyard dollarlıq layihələrində iştirak edir
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib
Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN
Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Digital Card nədir?
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?