Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb
"Atəşgah Həyat" Sığorta Şirkətinin baş direktoru Şəfəq Həsənova Özbəkistanın "ABB Davr Bank"ının Müşahidə Şurasının müstəqil üzvü seçilib.
Banker.az xəbər verir ki, qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilən növbədənkənar ümumi yığıncağında qəbul olunub.
Şəfəq Həsənova yeni formalaşdırılan beş nəfərlik Müşahidə Şurasında üç müstəqil üzvdən biridir. Şuranın səlahiyyət müddəti hər il təsdiqlənmək şərtilə üç il müəyyən edilib.
Şəfəq Həsənova sığorta sektorunda 20 ildən artıq iş təcrübəsinə malikdir. O, əmək fəaliyyətinə 2004-cü ildə "İlkbank"da başlayıb. 2005–2009-cu illərdə "Atəşgah" Sığorta Şirkətində, 2009-cu ildən isə "Atəşgah Həyat"da müxtəlif vəzifələrdə çalışıb.
2023-cü ilin yanvarında "Atəşgah Həyat"ın baş direktoru təyin olunan Ş.Həsənova həmin ilin sentyabrından şirkətin İdarə Heyətində təmsil olunub. 2026-cı ilin avqustundan isə şirkətin korporativ və tərəfdaş satışları departamentinin direktoru vəzifəsində çalışır.
O, Azərbaycan Dillər Universitetində bakalavr və magistr təhsili alıb. Böyük Britaniyanın Chartered Insurance Institute institutunun ümumi sığorta üzrə sertifikatına və Bradford Universitetinin biznesin idarə edilməsi üzrə diplomuna malikdir.
Xatırladaq ki, ABB 2026-cı ilin sentyabrında "Davr Bank"ın 51%-lik səhmlərini təxminən 140 milyon dollara alıb. Bankın adının "ABB Davr Bank" olaraq dəyişdirilməsi də təsdiqlənib.

"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib
"PAŞA Bank" 134 milyon manata yaxın xalis mənfəət açıqladı
"Xalq Bank"ın kredit portfeli böyüyüb, 1,9 milyard manatı ötüb
"TuranBank"ın mənfəəti 36% artıb
Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib
"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
"AccessBank"ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur
Cash Back nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Evdə biznes qurmağın yolları
Dünyanın ən varlı 10 müğənnisi