Səfir: "Almaniya şirkətləri Azərbaycan bazarını araşdırırlar"
"Almaniya şirkətləri Azərbaycan bazarını araşdırırlar və bu bazara maraqları var".
FED.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman deyib.
Səfir Almaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyəti ilə bağlı məsələdən danışarkən qeyd edib ki, Füzulidə hava limanının tikintisinə Almaniya şirkəti cəlb edilmişdi: "Düşünürəm ki, gələcək illərdə konkret layihələrin həyata keçirilməsi üçün daha çox şirkətlər Azərbaycana gələ bilər".
Onun sözlərinə görə, oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisində 8 Almaniya şirkəti məhsullarını təqdim edib: "Həmin şirkətlər Azərbaycanda yeni tərəfdaşlar tapmağa, sövdələşmələr həyata keçirməyə ümid edirlər. Bir çox şirkətlər iki il davam edən pandemiyadan sonra ilk dəfədir ki, İnşaat Sərgisində iştirak edirlər".
Səfir Azərbaycanda faəliyyət göstərən Almaniya şirkətlərinin pandemiyadan sonra vəziyyətinə münasibət bildirib: "200-dən çox Almaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlardan bəziləri burda satışla, əsasəni pərakənda satışla məşğuldular. Pandemiya ilə əlaqədar bazar zəif idi, hazırda şirkətlər pandemiyadan sonra bərpa prosesindədir. Pandemiya zamanı təchizat zəncirinin pozulması və resurs çatışmazlığı səbəbindən istehsal imkanlarının aşağı həddinə çatdıqları üçün satış həyata keçirmək çətinləşib".
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 730 milyon 137 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % artıb.
Azərbaycandan Almaniyaya ixrac 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 % artaraq 275 milyon 224 min ABŞ dolları təşkil edib. Almaniyadan idxal isə 6,2 % azalaraq 454 milyon 912 min ABŞ dolları təşkil edib. (Report)

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?