Şekel dollar qarşısında 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşdü
Dollar/şekel məzənnəsi çərşənbə axşamı geosiyasi risklər fonunda 4 şekeldən yuxarıdır ki, bu da son səkkiz il yarımın ən yüksək dəyəridir.
Marja.az-ın məlumatına görə, bunu ticarət məlumatları göstərir.
Bu gün səhər dollar/şekel məzənnəsi 4.0266 şekeli görüb. Məzənnə 2015-ci ilin aprelindən bəri ilk dəfə olaraq bir dollar üçün 4 şekeldən yuxarı qalxıb.
Oktyabrın əvvəlindən şekel dollara nisbətdə 5%-dən çox, bir gün əvvəl 1% ucuzlaşıb, valyutanın zəifləməsi geosiyasi qeyri-sabitlik fonunda baş verir.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa" tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında və İsraildə ölənlərin sayı minlərlərdir. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Az pulla hansı işi qurmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
İnstaqramda biznes qurmağın yolları