Sənət adamlarının bəzi vergidən azad olunması təklif edilib
Rəssamların kolleksiyalarına mütəmadi baxış keçirilməli, nazirlik tərəfindən lazımi nümunələr alınmalıdır.
Bunu sənətşünas Rəfael Gülməmmədov ölkəmizdə ilk dəfə keçirilən "Mədəni İrs" Forumunda panel müzakirə zamanı çıxışında deyib.
"Məsələn, bu il vəfat edən görkəmli rəssamımız Fazil Nəcəfin irsi indi onun övladlarının, bir növ, ixtiyarındadır. Mən hesab edirəm ki, biz bu irsə yiyə durmalıyıq. Demirəm, hamısı alınsın, yox. Lakin bunun üçün komissiya təşkil etmək olar, o komissiya emalatxanada rəssamın irsinə baxış keçirib lazımi qiyməti vermək üçün addım ata bilər", - sənətşünas deyib.
Rəfael Gülməmmədov sənət adamlarının bəzi vergi rüsumlarından azad olunmasını təklif edib: "Düşünürəm ki, ərzaq alan adamla sənət naminə, sənətşünaslıq naminə nəyisə alan adam arasında vergi məsələsində fərq olmalıdır".
© APA / marja.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?