Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Sığorta sektorunun zərərlilik dərəcəsi artıb2025-ci ilin sonuna olan məlumatlara əsasən Azərbaycan sığorta bazarında 16 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 11-i isə qeyri-həyat sığorta şirkətidir. Sığorta sektorunun fəaliyyəti həmçinin 22 sığorta brokeri və 468 sığorta agenti vasitəsilə təmin edilmişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir. 
Qeyd edilib ki, sığorta sektoru artım potensialını reallaşdırmaqdadır. 2025-ci ildə toplanmış sığorta haqları ötən ilə nisbətdə 11.2% (152 mln. manat) artaraq 1505 mln. manata çatmışdır. Sığorta haqların 56.7%-i həyat sığorta siniflərindən, 43.3%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşmışdır. Həyat sığortası üzrə yığım 16.2 % (119 mln.manat) artaraq 853 mln. manat, qeyri-həyat sığortası üzrə isə 5.3% (32 mln. manat) artaraq 651.7 mln. manat təşkil etmişdir. Həm həyat sığortası, həmdə qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olmuşdur.
Həm icbari, həm də könüllü sığorta üzrə artım müşahidə edilir. 2025-ci ildə həm icbari, həm də könüllü sığorta haqları üzrə ötən ilə nisbətdə artım müşahidə edilmişdir. İcbari sığorta sinifləri 7% (24 mln. manat) artaraq 366 mln. manat, həyat sığortası üzrə könüllü sığorta sinifləri 17% (107 mln. manat) artaraq 751 mln. manat, qeyri-həyat sığortası üzrə könüllü sığorta sinifləri 5% (20 mln. manat) artaraq 387 mln. manat təşkil etmişdir. Həyat sığortası üzrə yığımlarda artımın əsas qüvvəsi həyatın yaşam sığortası sinfinə, qeyri-həyat sığortası üzrə yığımlarda ən böyük pay tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası siniflərinə düşür.
Sığorta sektorunda sığorta haqları üzrə yüksək təmərküzləşmə davam edir. HHİ indeksinə əsasən 2025-ci ilin sonunda həyat və qeyri-həyat sığorta sektoru yüksək təmərküzləşmə şəraitində fəaliyyət göstərmişdir. Belə ki, indeks həyat sığortası üzrə 245 vahid azalaraq 6545, qeyri-həyat sığortası üzrə isə 363 vahid artaraq 3404 təşkil etmişdir.
Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır. 2025-ci il ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 12% (19 mln. manat) azalaraq 135 mln. manat olmuşdur. Ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 8.4% təşkil etmişdir. Ötürülən təkrarsığorta haqlarının 4.7%-i (6.3 mln. manat) həyat sığorta sinifləri, 95.3%-i isə (128.8 mln. manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0.97%-i, qeyri-həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 15.1%-i təşkil etmişdir.
2025-ci ildə sığorta ödənişlərinin həcmində artım müşahidə edilmişdir5. 2025-ci ildə verilmiş sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 25% (184 mln. manat) artaraq 921 mln. manata çatmışdır. Sığorta ödənişlərinin 69.8%-i həyat sığorta siniflərindən, 30.2%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşmışdır. İl ərzində həyat sığortası üzrə sığorta ödənişləri 33% artaraq 643 mln. manat, qeyri-həyat sığortası üzrə isə 9.5% artaraq 278 mln. manat təşkil etmişdir. Həyat sığortası üzrə artımın əsas drayveri könüllü sığorta, qeyri-həyat sığortası üzrə artımının əsas drayveri isə icbari sığorta sinifləri olmuşdur. Həyat sığortası üzrə sığorta ödənişlərində artımın əsas hissəsi həyatın yaşam sığortası sinfi, qeyri-həyat sığortası üzrə sığorta ödənişlərinin əsas hissəsi isə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta siniflərinin payına düşmüşdür.
Bazarın genişlənməsi fonunda sektorun aktivlərində müsbət dinamika müşahidə olunur. 2025-ci il ərzində sığorta sektorunun aktivləri 4.2% (86 mln. manat) artaraq 2.14 mlrd. manata çatmışdır. Aktivlərin 33%-ni dövlət qiymətli kağızları, 33%-ni bank vəsaitləri, 13%-ni qeyri-dövlət qiymətli kağızları, 8%-ni debitor borclar təşkil edir. 2025-ci il ərzində sektorun öhdəlikləri isə 3.8% (55 mln.manat) artaraq 1.5 mlrd. manata çatmışdır. Öhdəliklərin 73%-i sığorta haqları ehtiyatı, 17%-i sığorta hadisələri ehtiyatı 10%-i digər öhdəliklər təşkil edir.
Sığorta şirkətlərinin investisiya seçimləri məhdud olsa da, institusional investor kimi potensiallarını reallaşdırmaqdadırlar. Sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 6% (93 mln. manat) azalaraq 1441 mln. manat olmuşdur. Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının yeni emissiyasının azalması sığortaçıların alternativ alətlərdən istifadə etməsinə, o cümlədən repo/əks-repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirakına şərait yaratmışdır. Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 67%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 68%-ni investisiya portfeli təşkil edir. Sığorta şirkətlərinin investisiya aktivləri əsasən DQK-dan, KQK-dan və depozitlərdən ibarətdir. 2025-ci ildə sığorta sektoru investisiya fəaliyyətindən 119.6 mln. manat gəlir əldə etmişdir ki, bu da cəmi gəlirlərin 7.4%-i təşkil edir. 
Dövlət qiymətli kağızlarının azalması fonunda sığorta sektorunun durasiyasında azalma müşahidə olunur. Sığortaçıların faiz dərəcəsi riskləri üzrə həssaslığı durasiya metodu ilə qiymətləndirilmişdir. Sığorta şirkətlərinin aktiv və öhdəlikləri balans dəyəri ilə əks etdirildiyinə görə hesablamalar balans dəyəri üzərindən aparılmış və AMB-nin uçot faiz dərəcəsi ilə diskontlaşdırılmışdır. Müsbət durasiya fərqi nəticəsində faiz dərəcələrinin artımı məcmu kapitalın tələb olunan kapitala nisbəti əmsalına azaldıcı təsir edir.
Sektorun likvidliyi komfort zonadadır. Belə ki, "ILR" əmsalı6 sığortaçıların malik olduğu yüksək likvidli aktivlərin 3 aylıq müddət ərzində sığorta öhdəlikləri üzrə gözlənilən xalis nağd ödənişlərin icra edilməsi üçün kifayət edib-etmədiyini qiymətləndirir. 2025-ci ilin sonuna sığorta sektorunun yüksək likvidli aktivləri 1258 mln. manat, gözlənilən nağd ödənişləri 674 mln. manat, gözlənilən nağd daxilolmalar 287 mln. manat, sektorun likvidlik əmsalı (ILR) isə 325% qiymətləndirilmişdir.
Həyat sığorta sektoru üzrə yüksək likvidli aktivləri 785 mln. manat, gözlənilən nağd ödənişləri 433 mln. manat, gözlənilən nağd daxilolmalar 169 mln. manat, sektorun likvidlik əmsalı (ILR) isə 297% qiymətləndirilmişdir.
Qeyri-həyat sığorta sektoru üzrə yüksək likvidli aktivləri 474 mln. manat, gözlənilən nağd ödənişləri 240 mln. manat, gözlənilən nağd daxilolmalar 117 mln. manat, sektorun likvidlik əmsalı (ILR) isə 386% qiymətləndirilmişdir. Beləliklə, yüksək keyfiyyətli likvid aktivlərin adekvat səviyyədə saxlanılmasının təmin olunması sığortaçıların qısamüddətli (3 aylıq) likvidlik şoklarına qarşı dayanıqlığını artırır. Sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır. Sığortaçıların sığorta haqları üzrə debitor borcları ötən ilin sonuna nisbətdə 16% (18 mln.manat) artaraq 128.6 mln.manat, həyat sığortası üzrə sığorta haqları üzrə debitor borclar 32.3% (12.6 mln.manat) artaraq 51.7 mln.manat, qeyri-həyat sığortası üzrə isə 7.6% (5.4 mln.manat) artaraq 76.9 mln.manat təşkil etmişdir. Sığorta sektorunun sığorta haqları üzrə debitor borclarının aktivdə payı 6.7%-dir. 
Sığorta haqları üzrə debitor borcların 84%-i ödəmə vaxtı 30 gün müddətinə qədər gecikdirilmiş sığorta haqları, 1%-i ödəmə vaxtı 31-45 gün müddətində gecikdirilmiş sığorta haqları, 15%-i ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta haqları təşkil edir. Sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydada ödəmə vaxtı 45 gündən artıq müddətə gecikdirilmiş sığorta haqları məcmu kapitalın hesablanmasına nəzərə alınmır. Beləliklə həmin debitor borcları sığortaçıların dayanıqlığına təhdid yaratmır. Sığorta sektoru üzrə debitor borcların sığorta haqlarına nisbəti 10.5%, vaxtı keçmiş debitor borcların7 sığorta haqlarına nisbəti 1.7% olmuşdur. Bu göstəricilər həyat sığorta üzrə anoloji olaraq 6.1% və 1.1%, qeyri-həyat sığortası üzrə isə 20.9% və 3.3% olmuşdur.
Sığorta sektoru mənfəətlə fəaliyyət göstərsə də, sektorun mənfəətliliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə 2025-cü ildə sığorta sektorunun xalis mənfəəti 4% (7 mln.manat) azalaraq 166 mln. manat olmuşdur. Hesabat dövrü ərzində qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 7 mln. manat azalaraq 86 mln. manat, həyat sığorta şirkətləri üzrə mənfəətlilik isə 1 mln. manat azalaraq 79 mln. manat olmuşdur. 
Sığorta sektorunun zərərlilik dərəcəsi 1 f.b artmışdır. 2025-ci ildə ötən ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 1 f.b artaraq 86% olmuşdur. Belə ki, bazar payı 21% olan tibbi sığorta üzrə zərər əmsalı 4 f.b azalaraq 80%, xərc əmsalı 3 f.b artaraq 25%, yekun zərərlilik dərəcəsi isə 1 f.b azalaraq 105% olmuşdur. Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir etmişdir. Belə ki, bazar payı 27% olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 11 f.b artaraq 85%, xərc əmsalı 2 f.b azalaraq 28%, yekun zərərlilik dərəcəsi isə 10 f.b artaraq 113%, bazar payı 11% olan avtonəqliyyat vasitələrinin sığortası üzrə zərər əmsalı 4 f.b artaraq 52%, xərc əmsalı 1 f.b azalaraq 34%, yekun zərərlilik dərəcəsi isə 3 f.b artaraq 86% olmuşdur. 
Sığorta sektorunun kapital mövqeyi prudensial tələbləri üstələyir. 2025-ci ilin sonunda sığorta sektorunun məcmu kapitalı ötən ilin sonuna nisbətdə 1 mln. manat artaraq 381 mln. manat, tələb olunan kapital 1 mln. manat artaraq 205 mln. manat olmuşdur.

Banklar     Tarix: 15 aprel 2026

Oxşar xəbərlər

"TuranBank" səhmdarlarının növbəti yığıncağı keçiriləcək

"TuranBank" Açq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq 15 iyul 2026-cı il tarixdə, saat 15:00-da bankın Baş Ofisində – Bakı şəhəri, İ.Qutqaşınlı küçəs

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. Beynəlxalq sammit Azərbaycan Respublikasını

Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi

Müştərilərə rahat maliyyə həlləri təqdim etməyə davam edən Xalq Bank yeni rəqəmsal əmanət xidmətini istifadəyə verdi. Yeni xidmət sayəsində müştərilər bank filialına müraciət etmədən, istənilən vaxt və məkandan mobil tətbi

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşır

01.01.2026-ci il tarixinə "Kapital Bank"ın işçi sayı 5765 nəfər təşkil edib. bu barədə bankın illik hesabatına istinadən xəbər verir. 01.01.2025-ci il tarixində bankda 5 586 nəfər işçi olub ki, bu da illik müqayisəd

Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi

Bank "BTB" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək "T-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrildiyini elan edib. xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətini

"Express Lombard"da yığıncaq keçiriləcək

"Express Lombard" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağını keçirəcək. Marja xəbər verir ki, yığıncaq 1 iyul 2026-cı il tarixində, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, e

Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layiq görülüb

Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq

Azərbaycanda dələduzluqla mübarizə üzrə yeni qaydalar ilin sonunadək tətbiq olunacaq. Bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (iyun)

2026-cı ilin iyun ayı üzrə bankların manat əmanət bazarında ən yüksək gəlirliyi onlanlar məlum olub. -ın Monitorinq Qrupunun tərtib etdiyi cədvələ görə ən sərfəli təkliflərə Bank Avrasiya liderlik edir – burada 24 və 36 aylı


iqtisadi xeberler pul qazanmaq dollar manat kursu dollarin kursu bu gun dollar mezenne