Sığorta şirkətləri adından partlayışla bağlı açıqlama

Sığorta şirkətləri adından partlayışla bağlı açıqlama3 dekabr tarixdə yaşayış mənzillərində baş vermiş partlayışla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi açıqlaması:
Məlum olduğu kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Partlayışlar nəticəsində müvafiq əmlaklarda ciddi zərər meydana gəlib.
Sığorta şirkətləri adından partlayışla bağlı açıqlamaAzərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, müvafiq partlayış hadisələri sığorta hadisəsi hesab edilir. Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər. Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər.
Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası respublika ərazisində məcburidir və bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Məlumat üçün bildirək ki, müvafiq qanunvericiliyə əsasən respublika ərazisində yerləşən yaşayış əmlakları 3 qrup üzrə sığortalanır. Belə ki, Bakı şəhərindən yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 50 manat, sığorta təminatı isə 25 min manata qədər, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikamızın digər ərazilərində yerləşən yaşayış əmlakları üzrə isə sığorta haqqı 30 manat, sığorta təminatı 15 min manat qədər təşkil edir.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq vətəndaşlarımıza bildirmək istəyirik ki, bu kimi hadisələr gözlənilməzdir və qaçılmazdır. Məhz buna görə də bütün daşınmaz əmlak sahiblərini vaxtında sığortalanmağa çağırırıq. / marja.az

Banklar     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi