Sığorta şirkətləri tərəfindən təminat verilən risklərin həcmi yarım trilyon manata çatır

Sığorta şirkətləri tərəfindən təminat verilən risklərin həcmi yarım trilyon manata çatırAzərbaycanın sığorta şirkətləri tərəfindən əhali və iş adamlarının hansı məbləğdə risklərinə təminat verildiyi açıqlanıb. 
"Marja" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev, "Bu gün statistikaya baxsaq, təminat verilən risklərin həcmi yarım trilyon manata çatır" deyib və əlavə edib:
"Yəni, 500 milyard manatlıq risk sığorta tərəfindən müdafiə olunur. Bu da Azərbaycanın illik ümumi daxili məhsulunun (ÜDM - red) beş qatıdır. Biz bununla kifayətlənməli deyilik. Bu, bəzi ölkələrdə ÜDM-in 20 qatınadək çatır. Düşünürəm ki, sığorta bazarı hazırkı templə böyüyərsə, iş adamlarının və əhalinin daha çox riskinə təminat vermək imkanı yaranacaq".
Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 1 milyard 108 milyon 234 min manat sığorta haqları hesablanıb, 497 milyon 466 min manat sığorta ödənişləri həyata keçirilib. 2022-ci ilin 11 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 875 milyon 132 min manat sığorta haqları hesablanmış, 400 milyon 953 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, bu ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 26,6%, sığorta ödənişləri 24,1% artıb. / marja.az

Banklar     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler valyuta kurslari bank faizleri biznes qurmaq online pul qazanmaq