Sığorta şirkətlərinin yığdıqları haqq 10 ayda 1 milyard manatı aşıb
2023-cü ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbaycandakı 20 sığorta şirkəti tərəfindən 1 milyard 19 milyon 745 min manat sığorta haqları hesablanıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesablanmış sığorta haqları 222 milyon 120 min manat və ya 27,8% artıb.
Qeyd edək ki, 2022-ci ilin 10 ayında sığorta şirkətləri tərəfindən 797 milyon 624 min manat sığorta haqları hesablanmışdı.
Sığorta ödənişləri isə ötən ilin 10 ayında 359 milyon 296 min manat ikən, 2023-cü ilin 10 ayında 455 milyon 11 min manat olub ( 95 milyon 715 min manat və ya 26,6% artıb).





"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları
İban nədir?