Sığortada ən yüksək zərərli 3 sinif - zərərlilik əmsalı daha da artıb
2022-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək zərərli 3 sinif üzrə zərərlilik əmsalının artımı müşahidə edilmişdir.
Marja.az xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilib ki, artım əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə müşahidə olunmuşdur. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz bəndi təşkil etmişdir. Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə bu göstərici 3.6 faiz bəndi azalsa da, könüllü tibbi sığorta üzrə 11.1 faiz bəndi artmışdır. Bütövlükdə, ən zərərli 3 sinfin ümumi zərərlərdə payı 8.3 faiz bəndi artaraq 60.8%-ə çatmışdır.
2022-ci ilin 1-ci rübünün sonunda zərərlik əmsalı tibbi sığortada 83.7%, avto icbaridə 89.8%, avto kaskoda 48.9% təşkil edib. ötən ilin eyni tarixində nisbətlər müvafiq olaraq 72.6%, 67.8% və 52.5% idi.


Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU
DTX: Terror təşkilatları kriptovalyuta ilə maliyyələşdirilib
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Avropadan Azərbaycana pul köçürmələri 56% artıb
"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"
"Sizin Lombard" ödənişləri "M10"-da ®
"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Françayzinq nədir və necə olur?
Whatsapp biznesin üstünlükləri nələrdir?
CV-nin tərtib edilməsi prinsipləri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Onlayn biznes növləri