SİMA İmza Vergi portalına inteqrasiya edildi

SİMA İmza Vergi portalına inteqrasiya edildiİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və "üz tanıma" texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan "SİMA İmza"nın tətbiqinə start verib. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılan "SİMA İmza" 2023-cü ilin oktyabr ayından fiziki şəxslərin uçota alınmasında tətbiq edilir. Artıq bu elektron imza hüquqi şəxsin elektron qaydada dövlət qeydiyyatına alınması zamanı da istifadə ediləcək.
Dövlət Vergi Xidmətinin informasiya sistemində göstərilən texniki imkanları təmin etmək üçün müvafiq dəyişikliklər yerinə yetirilib. Görülən işlər çərçivəsində hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına (new.e-taxes.gov.az) digər gücləndirilmiş elektron imzalarla yanaşı "SİMA İmza" elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxil olma prosesində biometrik yoxlama ("üz tanıma", canlılıq testi, rotasiya testi) təmin olunub.
Bununla yanaşı, "SİMA İmza" elektron imza ilə portala daxil olmuş istifadəçi üçün "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı" ərizəsi aktivləşdirilib.
Ərizə tam doldurulduqdan sonra təsisçiyə (təsisçilərə) və rəhbərə xüsusi ekranda ərizə məlumatlarına və nizamnaməyə baxış imkanı yaradılıb. Ərizənin və sənədlərin (nizamnamənin) imzalanması zamanı şəxslərin biometrik eyniləşdirməsi ("üz tanıma", canlılıq testi, rotasiya testi) təkrar aparılır. Yoxlama uğurla başa çatmadıqda mövcud prosedurlara uyğun olaraq ərizənin göndərilməsi məhdudlaşdırılır.
"SİMA İmza" elektron imza vasitəsilə imzalanmış nizamnaməyə, qeydiyyat ərizəsinə və ona əlavə edilmiş sənədlərə vergi orqanında baxış imkanının olması da təmin edilib. 
Qeyd edilməlidir ki, "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin (hazırkı adı Business Ready (B-Ready) "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"ndə kommersiya hüquqi şəxsin elektron təsis edilməsi və elektron əməliyyatların həyata keçirilməsi üçün təhlükəsiz və etibarlı eyniləşdirmə alətlərinin tətbiqi ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də daha innovativ texniki imkanlardan, alternativ identifikasiya üsullarından ("üz tanıma" üsulları) istifadə edilməklə kommersiya hüquqi şəxslərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsidir. / marja.az

Maliyyə     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari