Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb

Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb2026-cı ilin Avqust ayının sonunda qeyri-maliyyə təşkilatlarının manatla müddətli depozitlərinin həcmi 3 milyard 375,9 milyon manat təşkil edib.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, 2026-cı ilin iyul ayının sonu ilə müqayisədə azalma 132,4 milyon manat və ya 3,8% olub. Göstərici 2025-ci ilin sonundan 756,7 milyon manat yüksək olsa da, 2025-ci ilin avqustundakı 4 milyard 382,6 milyon manatla müqayisədə 1 milyard 6,7 milyon manat və ya 23% aşağıdır.
Şirkətlərin müddətli valyuta depozitləri avqustda azalıb
Qeyri-maliyyə təşkilatlarının müddətli xarici valyuta depozitlərinin manat ekvivalenti 31 avqust 2026-cı il tarixində 3 milyard 168,1 milyon manat olub. İyulla müqayisədə göstərici 17,7 milyon manat və ya 0,6% azalıb. Məbləğ 2025-ci ilin sonundan 112 milyon manat, ötən ilin avqustundan isə 184 milyon manat yüksəkdir.  
Qeyri-maliyyə təşkilatlarının xarici valyutada tələb olunanadək depozitlərinin manat ekvivalenti avqustun sonunda 5 milyard 921 milyon manata yüksəlib. Bir ayda artım 676,9 milyon manat və ya 12,9% olub. Buna baxmayaraq, göstərici 2025-ci ilin avqustundakı 6 milyard 439,4 milyon manatdan 518,4 milyon manat və ya 8,1% aşağıdır.
Şirkətlərin depozitlərində xarici valyutanın çəkisi avqustda yüksəlib
Qeyri-maliyyə təşkilatlarının depozitlərində xarici valyutanın payı iyuldakı təxminən 37,9%-dən avqustda 38,8%-ə yüksəlib.

Banklar     Tarix: 05 oktyabr 2026

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan yeni "Premium Mastercard World Elite" kartını təqdim edir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə premium imtiyazları və xüsusi bankçılıq təcrübəsini bir araya gətirən yeni Premium Mastercard World Elite kartını təqdim edir. Yeni kart səyahət zamanı rahatlıq və üstün xidmətlərdə

İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb

2026-cı ilin Avqust ayında internet bankçılıq vasitəsilə əməliyyatların sayı avqustda 2 milyon 762 min olub. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbə

ABŞ-da ipoteka faizləri son üç ilin maksimumuna yüksəlib – 5,34

ABŞ-da istiqraz bazarında satışların davam etməsi ipoteka faizlərini son üç ilin ən yüksək səviyyələrinə qaldırıb. 30 illik sabit ipoteka faizinin orta göstəricisi oktyabrın 1-də 7,54% olub. "CNBC"yə istinadən xəbə

Visa kartları üzrə premium xidmətlər dəyişir – 5 000 manatlıq dövriyyə tələbi

1 oktyabrdan Visa kartları üzrə premium xidmətlərdə yeni dövriyyə tələbləri tətbiq olunacaq. 2026-cı il oktyabrın 1-dən etibarən Visa kartları üzrə bir sıra premium xidmətlərdən istifadə şərtləri yenilənir. -ın məlumatın

Şirkətlərin müddətli manat depozitləri bir ildə 1 milyard manatdan çox azalıb

2026-cı ilin Avqust ayının sonunda qeyri-maliyyə təşkilatlarının manatla müddətli depozitlərinin həcmi 3 milyard 375,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-cı ili

Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib. Azərbaycan Respublikasının Ekologiya və Təbi

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bə

"Bank Respublika"nın nizamnamə kapitalı 240 milyon manatı keçəcək

"Bank Respublika" ASC nizamnamə kapitalını daha 39 546 542 manat və yaxud 19,7 % artıraraq 200 751 530 manatdan 240 298 072 manata çatdırmağı planlaşdırır. xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 3

Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir

Ölkənin seçilən banklarından olan Bank of Baku biznes sahiblərinə öz maliyyə vəsaitlərini dəyərləndirmək və gəlir mənbəyinə çevirmək fürsəti təqdim edir. Belə ki, HÜQUQİ ŞƏXSLƏR öz sərbəst vəsaitlərini Bank of Baku-da depozi


iqtisadi xeberler depozit faizleri biznes xeberleri bitkoin almaq iqtisadiyyat xeberleri