Sloveniya Azərbaycan biznesi üçün güzəştləri açıqlayıb
Sloveniya ölkədə ofis, istehsal obyektləri və ya logistika mərkəzləri açmaq imkanını nəzərdən keçirən xarici, o cümlədən Azərbaycan şirkətləri üçün dayanıqlı və səmərəli dəstək sistemi təklif edir.
Sloveniya Azərbaycanla avtomobil sənayesində birgə müəssisə yaratmaq niyyətindədir
FED.az xəbər verir ki, bunu Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye bildirib.
Onun sözlərinə görə, investorlarla işin əlaqələndirilməsini vahid pəncərə rolunu oynayan "SPIRIT Slovenia" agentliyi həyata keçirir: "O, ərazi seçimindən və yerli tərəfdaşlarla əlaqələrin qurulmasından hüquqi və vergi məsələləri üzrə məsləhətləşmələrə qədər bütün mərhələlərdə strateji və praktiki dəstək göstərir".
M.Blaqanye qeyd edib ki, investorlar üçün maliyyə stimulları, infrastruktur üstünlükləri, azad iqtisadi zona, sadələşdirilmiş qeydiyyat prosesi, kiçik və orta sahibkarlıq və startapların dəstəklənməsi kimi bir sıra alətlər əlçatandır.
"Xüsusilə dövlət sənaye, strateji xidmətlər sektoru, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə 500 min avrodan başlayan investisiyalar üçün subsidiyalar və qrantlar təqdim edir. Həmçinin startaplara investisiyalar və sosial həssas qrupların işə qəbulu zamanı korporativ verginin azaldılması daxil olmaqla vergi güzəştləri də mövcuddur", - baş katib bildirib.
O vurğulayıb ki, Sloveniya Mərkəzi Avropa və Balkan ölkələri arasında ticarət marşrutlarının kəsişməsində strateji mövqeyə malikdir: "Asiyadan Avropaya yükdaşımaların ən qısa marşrutunu təmin edən Koper limanı xüsusi əhəmiyyət kəsb edir. 2030-cu ilə qədər nəqliyyat infrastrukturunun - dəmir yolları, avtomobil yolları və logistika qovşaqlarının inkişafına 17 milyard avro investisiya qoyulması planlaşdırılır".
M.Blaqanye qeyd edib ki, Koper limanı həmçinin ölkədə gömrük rüsumlarından azadolma və sadələşdirilmiş xarici ticarət prosedurları təklif edən yeganə azad iqtisadi zonadır.
"Sloveniyada biznesin qeydiyyatı Aİ standartlarına son dərəcə uyğunlaşdırılıb və qismən onlayn qaydada da mümkündür. Həmçinin fərdi sahibkarlıqdan MMC-yə qədər (minimum nizamnamə kapitalı 7 500 avro) müxtəlif təşkilati-hüquqi formalar mövcuddur. Xarici şirkətlər əmək və miqrasiya qanunvericiliyinə uyğun olaraq yerli işçiləri işə götürə və ya xarici mütəxəssislər cəlb edə bilərlər", - o əlavə edib.
Baş katibin sözlərinə görə, "SPIRIT Slovenia" həmçinin kiçik və orta müəssisələrlə, o cümlədən xarici startaplarla fəal şəkildə işləyir. Təlim proqramları, rəqabət qabiliyyətinin artırılması üçün resurslar təqdim edilir, həmçinin beynəlxalq sərgilərdə və B2B platformalarında iştirak üçün köməkliki göstərilir.
"Beləliklə, biz xarici şirkətlərin Sloveniya bazarında davamlı və uzunmüddətli mövcudluğu üçün maksimum əlverişli şərait yaratmağa çalışırıq", - M.Blaqanye vurğulayıb. (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab