"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
"İlk növbədə qeyd edim ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb".
Marja xəbər verir ki, bunu "PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.
Cavid Quliyev vurğulayıb ki, Azərbaycanın sabit siyasi və iqtisadi mühiti fonunda, bazarda lider mövqedə olan korporativ bankın maliyyə nəticələrində iştirak etmək əhali üçün uzunmüddətli baxımdan cəlbedici imkan yaradır:
"Hazırda əhali və pərakəndə investorlar üçün əsas maliyyə alətləri depozitlər və istiqrazlardır. Biz isə bazara özəl bank kimi ilk dəfə səhm emissiyası ilə çıxırıq. Dividend siyasətimizi və ölkədəki sabit iqtisadi mühiti nəzərə alaraq düşünürük ki, səhmdarlar üçün cəlbedici və davamlı gəlir imkanı formalaşacaq.
Hazırda əsas çərçivəni paylaşırıq, proses artıq rəqəmlərlə işlənən mərhələyə keçib. Əlavə maliyyə parametrləri ilə bağlı məlumatları növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyik. Yəni bazara yeni və alternativ investisiya aləti çıxarırıq".
Bankın sədri bir daha qeyd edib ki, Paşa Bank illər boyu mənfətinin 35–40%-i həcmində dividend ödəniş siyasətinə sadiq qalıb və bu da potensial investorlar üçün mühüm üstünlükdür.
Xəbər verdiyimiz imi, "PAŞA Bank" ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb. "PAŞA Bank"ın kapitalının 5%-nin və ya 932 min 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması nəzərdə tutlur. Səhmlərə abunə yazılışına Aprel ayında başlanılması May ayında yekunlaşdırılması planlaşdırılır. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?