S&P: "Azərbaycan bankları makroiqtisadi çağırışlara qarşı daha yaxşı dayanıqlılıq nümayiş etdirib"

S&P: Azərbaycanın bank sektoru kreditlərə güclü tələbi stimullaşdıran əlverişli əmtəə qiymətləri və aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə dəstəklənən uzunmüddətli korreksiyadan sonra bərpa əlamətləri nümayiş etdirir.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin araşdırılmasında deyilir.
"Bank sektoru son illərdə makroiqtisadi çağırışlara qarşı daha yaxşı dözümlülük nümayiş etdirdiyini hesab edirik və sistemdəki kreditlərin dəyəri və problemli kreditlər əvvəlki gözləntilərimizdən xeyli aşağı olaraq qalır.
Bank aktivlərinin keyfiyyət göstəriciləri, tarixən aşağı olan problemli kreditlərinə və kredit xərclərinə davamlı yaxşılaşma nümayiş etdirir və bank sektorunun çətin keçən 2020-ci ili, iqtisadi tənəzzülü və aşağı neft qiymətlərini geridə qoyduğuna inanırıq", – S&P hesab edir.
Problemli kreditlər bu ilin ortalarında rəsmi açıqlanan 3.5 %-ə qarşı, illik 4-5 %-ə qədər orta dərəcədə pisləşə bilər.
"Bunun sistem üçün idarə edilə bilən hesab edirik", – S&P bəyan edib.
Reytinq agenliyi, Azərbaycan banklarının kreditləşməsinin illik təqribən 15 % artımla 2022-2023-cü illərdə bərpa olunacağını qeyd edir: "Baza ssenarimizdə, kredit xərclərinin 2022-ci ildə və sonrakı dövrdə yüksək olaraq qalacağını proqnozlaşdırırıq ki, bu da əsasən yüksək inflyasiya fonunda ev təsərrüfatlarının və kiçik və orta müəssisələrin sərəncamında olan real gəlirlərinin azalması səbəbindən sonrakı sarsıntıları əks etdirir.
Eyni zamanda, 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0.5-1 %-i daxilində qalacağına inanırıq. Ev təsərrüfatlarının və korporativ borclar 2021-ci ilin sonunda ÜDM-in 9 %-ni təşkil edib ki, bu da oxşar ölkələrlə müqayisədə aşağıdır".
S&P analitikləri, bir neçə illik durğunluqdan sonra, 2022-2023-cü illərdə kreditləşmə aktivliyini bərpasını gözləyirlər: "Bankların ümumi kredit portfeli 2021-ci ildə 17.8 %, bu ilin yanvar-iyul aylarında isə 11 % artıb. Artım 2022-ci ildə illik 15-17 % səviyyəsində sabitləşəcək və 2023-cü ildə də analoji tempdə davam edəcəyini gözləyirik.
Pərakəndə kreditləşmə 2021-ci ildə 28 %, 2022-ci ilin yeddi ayında isə 17 % artıb".
Araşdırılmaya əsasən, regionda geosiyasi risklər və iqtisadi çətinliklərlə bağlı artan narahatlıqlar, Azərbaycanda kredit riskinin yaxşılaşdırılmasının davamlılığına və bankların risk iştahına təsir göstərə bilər, eyni zamanda banklar öz kredit portfellərini fəal şəkildə genişləndirdikcə tənzimləmə təkmilləşdirilməsi sınaqdan keçiriləcək: "Ən həssas seqmentlərə və sahələrə məruz qalmalarından və potensial şokların öhdəsindən gəlmək qabiliyyətindən asılı olaraq bəzi bankların digərlərindən daha çox zərbə alacağını gözləyirik". / banker.az

Banklar     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler online pul qazanmaq bitkoin leobank kart birbank