S&P: "Azərbaycanda bağlanan bankların SİF-ə 200 milyon manatdan çox kredit borcu var"

S&P: Sahibkarlığın İnkişafı Fondunun (SİF) lAzərbaycanda əğv prosesində olan 14 kommersiya bankına vermiş kreditlər üzrə 217 milyon manatlıq borc yaranıb.
Bu barədə SİF-in uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "BB-/B" səviyyəsində müəyyən edən "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
"2022-ci ilin ortalarında ehtiyatlar ümumi kreditlərin 27,5 %-ni təşkil edib və 3-cü dərəcəli kreditlərin 113 %-ni əhatə edib ki, bu da həmin səviyyənin ləğv edilən banklardan qalmış problemli kreditlərinin tam təmin olunduğunu göstərir. 2022-ci ilin ortalarına qədər vaxtı keçmiş kreditlərin təxminən 2/3 hissəsi kənd təsərrüfatı istehsalı və emalı, təxminən 20 %-i məhsul istehsalı və emalı üçün verilən kreditlərin payına düşür.
SİF son istifadəçi olan sahibkarların deyil, maliyyə institutlarının kredit riskinə məruz qalır. SİF aktivlərinin keyfiyyəti (2022-ci ilin ortalarına üçüncü dərəcəli kreditlər ümumi kredit portfelinin 24 %-ni təşkil edib) bizim Azərbaycanın bank sistemi üçün qiymətləndirməmizdən (təxminən 8-10 %) xeyli zəifdir", – agentlik qeyd edir.
S&P-nin məlumatına görə, ilk üç bankın (Azərbaycan Beynəlxalq Bankı, "PAŞA Bank" və "Kapital Bank") kreditləri SİF-in ümumi kredit portfelinin təxminən 40 %-ni, digər bütün bankların və kredit ittifaqlarının kreditləri isə fondun ümumi kredit portelinin 5 %-ni və ya daha azını təşkil edir.
SİF sahibkarlara 5 %-dən daha aşağı faizlə kredit təqdim etmək üçün fəaliyyətdə olan 40-a yaxın yerli kommersiya bankına və kredit ittifaqına Azərbaycan manatı ilə 1 % dərəcəsi ilə kreditlər verir ki, bu da bazar faizlərindən xeyli aşağıdır və sahibkarlara sərfəli faizlə borc götürmək imkanı verir.
Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni əsas borcun və vaxtı çatan kreditlər üzrə faizlərin ödənilməsi, habelə öz kapitalı hesabına həyata keçirir.
"Biz SİF-in kapitallaşmasının növbəti 24 ay ərzində çox güclü qalacağını gözləyirik. Risklər nəzərə alınmaqla kapitalın yetərlilik əmsalı (RAC) 2021-ci ilin sonunda 51,5 % olub. Proqnozlarımıza görə, Azərbaycan İnvestisiya Şirkəti ilə birləşmədən sonra bu göstərici 2022-2024-cü illərdə 30 %-dən yuxarı qalacaq və xalis gəlirin illik 2-3 % azalması ilə dəstəklənəcək", – məlumatda deyilir. / banker.az

Banklar     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler dollarin kursu bu gun valyuta xeberleri bank faizleri dollar məzənnəsi