"S&P" Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb
Azərbaycanın bank sektorunun gəlirliliyi (RoAA) 2023-cü ildə 2.1%, 2024-cü ildə isə 2.0% təşkil edəcək.
Bu barədə "S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda bildirilib.
Agentlik qeyd edib ki, bank sektoru üzrə gəlirlilik təxminən 2022-ci il səviyyəsində proqnozlaşdırılıb. Pərakəndə məhsullara, risk maya dəyərinin normallaşdırılmasına və əməliyyat xərclərinə nəzarətə yönəlmiş yeni kredit artımı sabit gəlirliliyin əsasını təşkil edəcək.
Reytinq agentliyi bank sektorunun kredit portfelinin 2023-cü ildə 15%, 2024-cü ildə isə 10% artacağını müəyyən edib. S&P həmçinin, problemli kreditlərin bu il 4.0%, 2024-cü ildə isə 4.5%-ə qədər artacağını proqnozlaşdırıb. "Biz ümid edirik ki, problemli kreditlər 30 iyun 2023-cü il tarixindəki 3.5%-dən növbəti 24 ay ərzində 4.0%-4.5%-ə qədər arta bilər, çünki aşağı artım mühitində kreditlər mövsümü olur və banklar 2023-cü ildə əlavə ehtiyat ehtiyacları ilə üzləşəcəklər. 2023-2024-cü illərdə kredit itkiləri orta kredit kitablarının 1.0%-1.2%-i səviyyəsində qalacaq" – Agenliyin proqnozunda qeyd edilib. / banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Evdə biznes qurmağın yolları
Az pulla hansı işi qurmaq olar?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dizaynerlər üçün TOP-5 Freelance sayt
CV-nin tərtib edilməsi prinsipləri