"S&P" Azərbaycanın bank sektoru üzrə riskləri qiymətləndirib
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib.
Bu barədə Agentliyin Avropa, Yaxın Şərq və Afrika (EMEA) ölkələrinin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. "S&P Global Ratings" bu sektor üzrə risklərin artım səviyyəsinə görə, Azərbaycanı 10 ballıq şkala üzrə 9 balla qiymətləndirib.
Agentlik iqtisadi davamlılıq üzrə riskləri çox yüksək, iqtisadi balanssızlıq üzrə riskləri yüksək, iqtisadiyyatda kredit risklərini isə son dərəcə yüksək olaraq qiymətləndirib. Sənaye trendləri üzrə institusional çərçivə riskləri son dərəcə yüksək, rəqabət dinamikası ilə bağlı riskləri yüksək və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri isə çox yüksək olaraq müəyyən edilib.
Qeyd edək ki, Agenliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.
Xatırladaq ki, BICRA üzrə renkinqdə Azərbaycan yaxın və qonşu ölkələr olan Qazaxıstan, Ukrayna, Belarus və Türkiyədən öndə yer alıb. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?