"S&P" reytinq agentliyinin Sahibkarlığın İnkişafı Fondunun kredit reytinqini "müsbət"ə qaldırıb
"S&P Global Ratings" agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondu (SİF) proqnozu "stabil"dən "müsbət"ə dəyişdirməklə və uzun və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiq edib.
Banker.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
SİF üzrə reytinqlər onun dövlət maliyyələşdirməsinin müvəkkil banklar vasitəsilə sahibkarlara subsidiyalaşdırılmış faiz dərəcələrlə yönəldilməsinin vacib roluna dair fikirlər bildirən "S&P" Fondun hər hansı borcun olmaması və möhkəm kapitallaşma məsələsinə toxunur.
"S&P" müsbət proqnoz kimi SİF-in köhnə kredit portfelini əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə kredit qabiliyyətinin yaxşılaşacağı ilə bağlı gözləntilərimizi əks etdirdiyini və növbəti 12 ay ərzində ödənilməmiş portfeldə maddi aktivlərin keyfiyyətinin pisləşməsi əlamətləri görmədiyini bildirir.
"S&P" üstün ssenari kimi SİF-in kredit portfelini miras qalmış problemli kreditlərdən təmizlədikdən və son bir neçə il ərzində verilmiş kreditlərin aktiv keyfiyyəti adekvat risk mövqeyinə malik həmkarları ilə müqayisə oluna bilən kimi fondu növbəti 12 ay ərzində təkmilləşdirə biləcəklərini vurğulayır.
Bununla belə, agentlik Azərbaycancan İnvestisya Şirkəti ilə birləşmədən sonra SİF-in kredit qabiliyyəti zəifləsə, növbəti 12 ay ərzində reytinqləri sabitləşdirmək üçün proqnoza yenidən baxa və ya reytinqləri aşağı sala biləcəyini mənfi ssenari kimi diqqətə çatdırır.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Biznes plan necə yazılır?
Ən çox gəlir gətirən onlayn bizneslər
Start-up nədir?
İlon Mask kimdir?
Dünyanın ən zəngin idmançıları