"STP Global Cable" şirkətinin ixracı kəskin artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən 2023-cü il yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərinin reytinq cədvəlində STP Şirkətlər Qrupunun "STP Global Cable" şirkəti yüksək nəticələr nümayiş etdirib. Belə ki, ötən ilin eyni dövri ilə müqayisədə ixracat dövriyyəsi 123% artıb.
Şirkətdən Marja.az-a verilən məlumata görə, buna səbəb 2023-cü il ərzində ixrac olunan ölkələrin sayının artması, yeni layihələrin imzalanmasıdır. Hal-hazırda ixrac həyata keçirilən ölkələr sırasında Tacikistan, Qazaxıstan, Ukrayna, Türkmənistan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus və Rumıniya yer alır.
"Onu da qeyd edək ki, hal-hazırda ABŞ-da bir neçə şirkət ilə danışıqlar aparılır və artıq sözügedən şirkətlərin tələblərinə cavab verən sertifikatların alınması prosesi başlayıb", - Şirkətdən bildirilib.
Məlumat üçün xatırladaq ki, "STP Global Cable" şirkəti STP Şirkətlər Qrupunun ən iri müəssisəsidir.​ 300 kateqoriyada və 28 000 çeşiddə kabel, mis və alüminium çubuqlarının eləcədə neft quyu nasoslar üçün nəzərdə tutulan kabellərin istehsalını həyata keçirir. Dünyada, damarın 3000mm² qədər en kəsiyi olan və 500 kV-luq kabel istehsal edən, azsaylı istehsalçılardan biri, regionda isə optik kabelin yeganə istehsalçısıdır.​ Ölkədə müasir tipli, daxildə və xaricdə quraşdırılan ödəniş terminalları, məlumat və növbə köşkləri istehsal edən yeganə müəssisədir. Eləcədə şirkətdə dizel generatorları, kabel kanalları, elektrik yuvaları istehsal olunur və müxtəlif növ metalların sinklənmə xidməti göstərilir.

Maliyyə     Tarix: 07 dekabr 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq