Strateji təhlil üçün SWOT

Strateji təhlil üçün SWOTStrategiya, strateji təhlil anlayışları qədər də olmasa yəqin ki əksəriyyətimiz bu günə qədər ən azı 1 dəfə də olsa SWOT sözü ilə rastlaşmışıq. Ona görə yox ki əvvəlki sözlər çox elmi, dərin erudisiya tələb edir, ona görə ki, SWOT çoxfunksiyalı mahiyyəti etibarı ilə bir çox istiqamətlərdə mütəmadi olaraq tətbiq edilən uğurlu təhlil alətlərindən biridir.
Hər bir halda təkrar biliyin anasıdır və ya bilməyənlər üçün SWOT: hər hansı qurumun mövcud vəziyyətinin təhlili üçün tətbiq edilən təhlil metodlarından biridir. Bu zaman, qurumun fəaliyyətinə təsir edən həm daxili faktorlar, həm xarici faktorlar təhlil edilir. Daxili faktorlar (maliyyə, insan resursları və digər) dedikdə qurumun təsir edə bildiyi faktorlardırsa, xarici faktorlar isə qurumdan asılı olmayan kənar (makroiqtisadi mühit, qanunvericlik bazası, siyasi atmosfer və digər) faktorlar nəzərdə tutulur.
+ Bəs, SWOT təhlilinə nəyə görə ehtiyac var?
–  Ən azı qurumun mövcud vəziyyətini təhlil etmək, ən çoxu isə qurumun daha böyük hədəflərinə varmağa mümkün həllər təqdim etdiyi üçün.
Bəs, SWOT təhlili necə hazırlanır?
Gəlin, əvvəl qısaca "S", "W", "O" və "T" ilə tanış olaq:
S(trengths) – qurumun daxili G(üclü) tərəflərini əhatə edir.
W(eaknesses) – qurumun daxili Z(əif) tərəflərini əhatə edir.
O(pportunities) – qurumun kənar İ(mkanlarını) əhatə edir.
T(hreats) – qurumun kənar T(əhlükələrini) əhatə edir.
Göründüyü kimi Güclü tərəflər və İmkanlar quruma aid müsbət məqamlara toxunursa, Zəif tərəflər və Təhlükələr qurumun mənfi tərəflərini aşkara çıxarır.
Təhlilin hazırlanmasına gəldikdə isə hər bir tərəf, istiqamət üzrə mövcud vəziyyət müəyyən suallara cavab verilməklə formalaşdırılır. Əldə edilmiş nəticələr daha sonra 2×2 matrisində cədvəl formasında vizual olaraq tərtib olunur.
Güclü tərəfləri (Strengths)  müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:
Qurum hansı işləri, funksiyaları uğurlar icra edir?
Qurum hansı güclü resurslara malikdir?
Qurum mövcud olduğu sektorda kənardan hansı güclü tərəflərinə görə tanınır?
Zəif tərəfləri (Weaknesses) müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:
Qurum hansı fəaliyyət istiqamətlərində çatışmazlıqlar yaşayır?
Qurumun hansı resurslarında məhrumiyyət mövcuddur?
Qurum daxilində hansı zəif tərəflərin mövcud olunduğu bilinir?
Fürsətləri (Opportunities)  müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:
Qurum üçün hansı fürsətlər, imkanlar mövcuddur?
Qurum hansı müsbət tendensiyalardan faydalana bilər?
Qurum güclü tərəflərini fürsətlərə hansı formada çevirə bilər?
Təhlükələri (Threats) müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:
Qurumun fəaliyyətinə hansı faktorlar mənfi təsir göstərə bilər?
Qurumun mövcud olduğu sektorda, ölkədə rəqabətin səviyyəsi nə formadadır?
Qurumun hansı təhlükələri onun fəaliyyətini zəiflədə bilər?
Bütün bu sadə prosedurlar SWOT təhlilinin nə qədər çevik, rahat və bir o qədər də effektiv metod olduğunu göstərir. Buna görədir ki, bu təhlil metodu hər bir sahədə və istiqamətdə ən geniş formada tətbiq olunan təhlil, strateji təhlil alətlərindən birincisidir.

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd


iqtisadi xeberler telefonla pul qazanmaq 1000 manatla biznes depozit faizleri bitkoin almaq