"Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə maliyyə təsiri 25 milyon manat ətrafındadır"
2024-cü ildə də ABB-nin müştəri sayında artım davam edib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, artıq 4 milyon müştəri ABB-nin xidmətlərindən istifadə edir, aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32% artmışdır.
"Yenilikçi, faydalı məhsul və xidmətlərimiz, rəqəmsal həllərimiz, süni intellekt modellərindən istifadə ilə fərdi təkliflərimiz loyal ABB müştərilərinin sayını günü-gündən artırır. Qürur duyduğumuz bir göstəricini də xüsusi vurğulamaq istərdim, Banka 2024-cü ildə gələn yeni müştərilərin 65%-i məhz rəqəmsal kanallardan, yəni Bank filialına daxil olmadan cəlb edilib. Bu, hazırda dünyadakı müasir bankların hədəflədiyi bir göstəricidir".
Abbas İbrahimov, "Satış, müştəri əlaqələri və risk sahəsində 36 generativ və prediktiv süni intellekt modeli tətbiq edirik" deyərək əlavə edib:
"Son bir il ərzində əməliyyatlar, klirinq və komplayns kimi arxa ofis işlərində 100-dən artıq prosesi RPA alətlərinin tətbiqi ilə robotlaşdırmağa nail olmuşuq. Bütün bu müasir texnologiyalar, sürətlə artan müştərilərimizə layiqli xidmət göstərməyimizə və səmərəli fəaliyyətimizə dəstək olur. Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə birbaşa müsbət maliyyə təsiri 25 milyon manat ətrafındadır, yüzlərlə əməkdaşımızın vaxtına qənaət edirik. ABB-də xərclərin gəlirlərə nisbəti əmsalı dünyanın qabaqcıl kommersiya banklarında olduğu kimi 40%-in altındadır". / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10