Süni torpaq sahələrində investisiya fəaliyyəti ilə bağlı dəyişiklik qəbul edildi
Milli Məclis Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkilinə icazə verilməsini son oxunuşda qəbul edib.
FED.az xəbər verir ki, bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Reklam haqqında", "Lisenziyalar və icazələr haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunlara qanunlara təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.
Qeyd olunub ki, 2024-cü il mayın 7-də "Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.
Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir.
Təqdim edilən sənəd müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur
ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb
CV-nin tərtib edilməsi prinsipləri
Start-up nədir?
Dünyada ən çox oxunan 5 kitab
Onlayn biznes ideyaları
CV hazırlayarkən buraxılan 5 səhv