Şuşa -270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər

Şuşa -270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlərİşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəliş və inkişaf  ali dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün Qarabağın və Şərqi Zəngəzurun dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatına reinteqrasiya etməsi yolunda atılan cəsarətli və elmi əsaslandırılmış addımlar ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş əraziləri ən yüksək dünya standartları səviyyəsinə qaldırmaq barədə, hər bir azərbaycanlının ürəyindən olan arzusunun tezliklə həqiqətə çevriləcəyini göstərir. Hər kəs bu işə öz töhfəsini verməli, əmək və intellektini bu istiqamətə yönəltməlidir. 
Böyük Zəfərdən sonra keçən iki ildən artıq bir dövr ərzində Qarabağın və Şərqi Zəngəzurun inkişafının istehsal və resurs potensialının daha dərin və hərtərəfli tədqiqi zəruriliyi gündəlikdədir. Bu baxımdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin gördüyü işlər təqdirəlayiqdir. Bu yaxınlarda geniş təqdimatı keçirilmiş  "Şuşa -270.  Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər" adlı kitab, həmin agentliyin maliyyə yardımı ilə hazırlanmışdır. 
Layihənin icra edənlər Azərbaycan İqtisadçılar İttifaqı İctimai Birliyi Qeyri-Hökumət təşkilatının sədri, layihənin eksperti akademik Ziyad Səmədzadə, layihənin rəhbəri Aytən Səmədzadə, ekspertlər İlham Əhmədov və Rəsul Balayev tərəfindən, ilk növbədə  Şuşa şəhərinin demoqrafik inkişafı, etnik tərkibi hərtərəfli tədqiq olunmuşdur.  Ermənilərin əsassız iddialarının şahidi olan tarixi dövrlər obyektiv faktlar bazasında araşdırılmışdır. 270 il ərzində Şuşanın həmişə Azərbaycan şəhəri olduğu, işğal dövründə belə öz simasını saxladığı göstərilmişdir.
Sovet dövründə (1920-1960-cı illər) Şuşa ilə, habelə Qarabağla bağlı ermənilərin əsassız iddialırına qarşı görülən işlər işıqlandırılmış, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, vətənpərvərliyi, qətiyyəti nəticəsində Şuşanın inkişafında açılan yeni mərhələ bir daha oxucuların diqqətinə çatdırılmışdır. 1970-1980-ci illərdə Dağlıq Qarabağın Azərbaycanın inkişaf edən bölgələrindən biri olduğu faktlar əsasında göstərilmişdir. Tamamilə haqlı olaraq qeyd olunur ki, yalnız Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu vəzifədən uzaqlaşdırılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək ermənilər XX əsrin 80-ci illərinin ikinci yarısında Azərbaycana qarşı yenidən ərazi iddialarına başlamış, Şuşada və digər yerlərdə qırğınlar və soyqırımlar törətmişlər. 
Bu gün ölkəmizin ekofəalları, bir sıra icrimai təşkilatlarının gənc nümayəndələri ermənilərin  Qarabağda ətraf mühitə vurduğu ziyanın, milli sərvətlərimizin talanmasını və onun törətdiyi ekoloji fəsadları dünyanın diqqətinə çatdırırlar. Təqdim olunan əsərdə erməni vandalizminin işğal olunmuş ərazilərdə törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması barədə əsaslı təkliflər irəli sürülmüşdür.   
Kitabda Şuşanın tarixi, iqtisadiyyatı, şəhərsalma və kənd təsərrüfatı ənənələri araşdırılmış, aşkar edilən dəyərli faktlar ümumiləşdirilmişdir. Milli şəhərsalma tarixində Şuşa şəhərinin yeri və rolu haqlı olaraq yüksək qiymətləndirilmişdir. Şuşa şəhərinin Böyük Zəfərdən sonra hazırlanmış Baş planının həyata keçirilməsi sayəsində təbii unikallığın, zəngin tarixi irsin, tarixi ədalətin və sivil müasirliyin üzvi vəhdətini təmin edəcəyinə əminlik bildirilmişdir. 
Böyük Zəfərdən sonra Şuşanın tarixi şöhrətinin bərpası istiqamətində görülən genişmiqyaslı tədbirlər səciyyələndirilmişdir. Şuşanın iqtisadi həyatının dünəni, bu günü və sabahı barədə elmi araşdırmalar xüsusi maraq doğurur.  Şuşanın zəngin maarifçilik ənənələrinin qorunması "Böyük Qayıdış"ın istiqamətlərindən biri kimi tədqiq olunmuş, Şuşada təhsilin perspektivlərinə münasibət bildirilmişdir. 
Mədəniyyətimizin və musiqimizin beşiyi olan Şuşa şəhərinin Azərbaycanın mənəvi zənginliyinə verdiyi töhfələr barədə geniş məlumat verilmişdir. Kitabda mədəniyyət iqtisadiyyatı və onun inkişafı prioritetləri barədə maraqlı fikirlər vardır. Qeyd olunur ki, mədəniyyət iqtisadiyyatı barədə düşüncələrin, müzakirə və araşdırmaların Şuşanın gələcəyi üçün mühüm əhəmiyyəti olacağına şübhə yoxdur. Layihə müəllifləri hesab edirlər ki, bu gün, qloballaşma proseslərinin arzuolunmaz dərəcədə intensivləşdiyi bir vaxtda mədəniyyətin iqtisadiyyatı problemlərinin daha geniş tədqiqinə ehtiyac daha böyükdür. 
Şuşanın maddi-mədəni irsinin qorunması və inkişafında Heydər Əliyev Fondunun gördüyü genişmiqyaslı işlər olduqca mühüm və hərtərəflidir. Gənclərin formalaşmasında, onların vətənpərvərlik tərbiyəsində mədəniyyətin və incəsənətin rolu əvəzsizdir. Şuşanı və digər torpalarımızı, dünya hərb tarixinə yeni səhifələr yazaraq erməni işğalından azad edən gənclərimizin vətənpərvərlik tərbiyəsi, Ümummilli lider Heydər Əliyevin ideyalarının son iki onillikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradıcılıqla reallaşdırılan siyasi, iqtisadi və mədəni siyasətin məhsuludur. Bu baxımdan milli mədəniyyətin, incəsənətin bütün sahələrində inkişafı himayə edən Heydər Əliyev Fondunun və onun rəhbəri, birinci vitse prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri istisnasız olaraq qəbul olunur.  
Şuşa və işğaldan azad edilmiş ərazilərimizin rəqəmsal texnologiyaların tətbiqi baxımından nümunəvi ərazilərə çevrilməsi üçün görülən işlər ən müasir tələblər səviyyəsindədir. Burada istehsal və xidmət sahələrinin, o cümlədən təhsilin, elmin, turizmin və bir sıra digər sahələrin inkişafının yeni keyfiyyət səviyyəsinin etibarlı təməli qoyulur.  Haqqında danışdığımız "Şuşa -270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər" adlı kitabda qeyd olunan məsələlərə elmi əsaslandırılmış münasibət göstərilmiş, dayanıqlı sosial –iqtisadi inkişafın prioritetləri müəyyən edilmiş və onların reallaşdırılması barədə təkliflər əsaslandırılmışdır. 
Hesab edirik ki, Şuşa barədə bu dəyəli kitabın yaxın gələcəkdə ingilis və rus dillərinə tərcüməsi məqsədəuyğundur. 
Nigar Quliyeva / marja.az

Maraqlı     Tarix: 28 yanvar 2023

Oxşar xəbərlər

Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir

Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir. Yuanla hesablaşmalar İran və Rusiyaya dollar əməliyyatları üzərindəki nəzarətdən yayınaraq ticarət aparmağa, xüsusilə də neft satmağa imka

Universitetə getmədən diplom almaq istəyənlərin nəzərinə: Diplomunuz tanınmaya bilər

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlər

Yuan 25% bahalaşarsa, qlobal iqtisadiyyatı nə gözləyir?

Macquarie Group-un may hesabatında analitiklər yuanın dollar qarşısında 5,0 səviyyəsinə qədər möhkəmlənə biləcəyi ssenarini nəzərdən keçiriblər. Valyuta bazarı üçün bu, son illərin ən kəskin hərəkətlərindən biri olardı. Qloba

Steyblkoinlər puldurmu?

Tənzimləyicilərin vəzifəsi onları təkcə faydalı deyil, həm də təhlükəsiz etməkdir. Dərsliklərdə pul mübadilə vasitəsi, dəyərin saxlanılması üsulu və hesab vahidi kimi izah olunur. Real həyatda isə pul nəhəng etimad oyunudur

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını böyük qürur və sevinc hissi ilə təntənəli mərasimdə yola salıb

() Bu il Kanada Azərbaycan Məktəbinin məzunları Ontario Secondary School Diploma (OSSD) proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyü

"Sürətli dofamin düşmən deyil": "həzz hormonu" haqqında beş mif

Sosial şəbəkə lentini skroll etməyin və vertikal kontentə baxmağın beyin üçün zərərli, səy tələb edən məşğuliyyətlərin — məsələn, kitab oxumağın və canlı ünsiyyətin isə faydalı olduğu düşünülür. Sosial şəbəkələrdə guya "ucuz"

İki od arasında: Qazaxıstanın cəsarətli planı — yüksək texnologiyalı gələcək

Qazaxıstan Rusiya və Çin arasında yüksək texnologiyalı vasitəçi yolunu seçir və indi dünya investorlarını bu strategiyanın perspektivli olduğuna inandırmalıdır. Astana dünyanın ən qeyri-adi paytaxtlarından biridir. Orta Asiyanı

"Celt Tədris Mərkəzi" 25 illik uğur tarixini yeni rekordla davam etdirir: 300-dən çox məzun dünyanın aparıcı universitetlərinə qəbul olunub

Şirkət bu il də 100 faiz qəbul nəticəsi əldə edərək tələbələrini dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərib. Azərbaycanda xaricdə təhsil və akademik məsləhət xidmətləri sahəsində 25 illik təcrübəyə malik olan "Cel


iqtisadi xeberler depozit faizleri emlak xeberleri 1000 manatla biznes bitcoin