Şuşada beynəlxalq Qarabağ Biznes Forumu - KEÇİRİLƏCƏK
Sentyabrın 16-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçiriləcək.
FED.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak edəcəyi forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunacaq.
Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu, həmçinin Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, eləcə də bu ölkələrin dövlət qurumları və müxtəlif təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Biznes forumda müxtəlif qurumlararası görüşlər də keçiriləcək. Görüşlər 7 sektor üzrə təşkil olunacaq. Müzakirələrdə tikinti (yaşıl infrastruktur), kənd təsərrüfatı və qida, bərpa olunan enerji, yüngül sənaye (toxuculuq, maşınqayırma, ehtiyat hissələri), turizm, mədənçıxarma və informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətləşmələr aparacaq. Eyni zamanda razılaşdırılmış sahələr üzrə yeni əməkdaşlıqlar və investisiyalar üzrə müzakirələr keçiriləcək.
Forumda xüsusən Türkiyə şirkətlərinin yaxından içtirak edəcəyi bildirilir. Bu mənada bərpa olunan enerji ilə bağlı müxtəlif danışıqların davam etdiyi məlumdur. Daha əvvəl Azərbaycanda səfərdə olan Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bununla bağlı anons verib. "Azərbaycanın bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var. Xüsusən işğaldan azad edilmiş Qarabağda yaşıl enerji hədəfləri mövcuddur. Türkiyədə bu sahədə təcrübəsi olan şirkətlərin rəsmiləri Azərbaycanda görüşlər keçirəcək, müzakirələr aparacaqlar", - nazir qeyd edib. (Report)

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Onlayn biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İKEA şirkətinin tarixi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?