Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş

Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz  fəaliyyət aşkar edilib.  
Həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Əliyev Ülvi Sarif oğluna məxsus olduğu təsbit edilib.
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşNəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar, xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq götürülüb.
Qanunsuz istehsal obyektində 6.600-dən çox "Domestos" markalı hazır məhsul, 960 ədəd "İpek" və 650 ədəd "Head and Shoulders" markalı şampunlar, 240 ədəd "Luxury Shave Cream", 970 ədəd "Gold power" ticarət adlı hazır məhsullar, 2.630 ədəd "Fairy" qabyuyan hazır məhsul, 200 "Surescents" havatəmizləyici, habelə 31.700-dən çox "Domestos", "Perwol",  "Prill", "ACB", "Fairy", "İpek", "Head and Shoulders" etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən edilib.
Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib. Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi müəyyənləşdirilən 29.500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul, 1.100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1.900 litr araq xammalı, 3.700 ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər, qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.
İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu.
Aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşTanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşTanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşTanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşTanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşTanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuşTanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş/ marja.az

Maliyyə     Tarix: 19 aprel 2024

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari