Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı

Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladıPAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Səhmlər artıq hər kəs üçün açıqdır.
Bank nümayəndələri 13 aprel 2026-cı il tarixində Bakıda keçirilən mətbuat tədbirində bu barədə rəsmi məlumat veriblər.
Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest, Unicapital və Leobank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladıTədbiri açan PAŞA Bank-ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov IPO-nun bankın strateji inkişaf mərhələsində mühüm addım olduğunu vurğulayıb.
"İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyər yaradan bir maliyyə institutu olaraq bu addımı strateji baxımdan vacib hesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz, müştərilərimizlə və tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəri daha geniş auditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı eyni zamanda ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim üçün önəmlidir," – deyə, Süleymanov bildirib.
Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, PAŞA Kapital-ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev, Unicapital-ın baş direktoru Vüqar Namazov və ABB Invest-in baş icraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkənin kapital bazarlarının inkişafındakı rolu barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı/ banker.az

Banklar     Tarix: 13 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti